“Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında növbəti humanitar aksiyaya start verilib

22:16 01-06-2019 | icon 460 | Sağlamlıq
“Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında növbəti humanitar aksiyaya start verilib

Rəşad Mahmudov: “3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq”

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə peşəkar kardioloq həkimlərdən ibarət səyyar komanda bu gün Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində və Füzuli rayonunun Horadiz qəsəbəsində növbəti humanitar aksiyaya start verib. Onlar Qarabağ bölgəsindəki uşaqların pulsuz kardioloji müyinəsini həyata keçirirlər.

 

Versus.Az-ın məlumatına görə, Milli Məclisin deputatı, həkim-kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudovun bildirdiyinə görə, azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin qatıldığı aksiya 3 gün davam edəcək:

 

“Hər zaman olduğu kimi, yenə də dövlətimizin səhiyyə sahəsində Uşaqların Beynəlxalq Müdafiə günününə həsr olunmuş layihəsi ilə buraya gəlmişik. “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında 20-yə yaxın həkimin iştirakı ilə Dövlət Gömrük Komitəsi Tibb İdarəsinin səyyar tibb maşını bütün avadanlığı ilə birlikdə Cocuq Mərcanlıya və Horadizə yola çıxıb. 3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağlam uşaqların check-up müayinəsi aparılacaq. Problemi olan uşaqların da gələcəkdə Bakıdakı böyük tibb mərkəzlərində problemlərinin həlli istiqamətində addımlar atılacaq”.

 

Qeyd edək ki, aksiya çərçivəsində, həmçinin, "Uşaq xəstəlikləri diaqnostika və müalicəsində yeniliklər" adlı Beynəlxalq Pediatrik Elmi Konfrans keçirilir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı