"Ermənistan münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır"

23:35 02-06-2019 | icon 331 | Siyasət
"Ermənistan münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır"

Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır.

 

Versus.Az xəbər verir ki, bu, Ermənistan XİN tərəfindən səsləndirilən son bəyanatla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin şərhində deyilir.

Məlumatda bildirilir:

 

"Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur.

Xatırladırıq ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. Reallıqlar isə dəyişilməz olaraq qalır; Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil.

Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi, məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?