Qanunla tam qadağandır - RƏSMİ

11:25 03-06-2019 | icon 517 | Sosial
Qanunla tam qadağandır - RƏSMİ

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gecə saatlarında şəhərlərarası qeyri-müntəzəm sərnişindaşma ilə bağlı əhaliyə müraciət edib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Əlavəedib ki, qanunla sərnişin daşıyan avtobusların gecə xəttə çıxması tam qadağandır:

 

"Yalnız beynəlxalq reyslərdə qadağa yoxdur. Çünki beynəlxalq reyslərdə məsafə uzun olduğu üçün vaxtı biz tənzimləmirik. Lakin daxili reyslərə gəlincə, Azərbaycanda gündüz müntəzəm marşrut xətləri sərnişin axınını tam ödəyir. Gecə sərnişin axını o qədər güclü deyil. Yalnız mikroavtobuslar sifariş əsasında qeyri-müntəzəm qaydada sərnişin daşıyırlar. Yəni əvvəlcədən danışılaraq 15-20 nəfər sərnişin aparılır ki, bu da qanunauyğun deyil".

 

N.Allahyarova bildirib ki, əgər sərnişin axını çox olarsa, tələbat yaranarsa, gecə marşrutların xəttə buraxılması məsələsinə baxıla bilər:

 

"Ancaq Azərbaycanda belə bir tələbat yoxdur, gecə reysləri ilə bağlı müraciətlər çox deyil. Həm də gecə reysləri rentabelli deyil. Daşıyıcı 5-10 nəfər sərnişin ilə yola çıxa bilmir. Sahibkarın da gəliri olmalıdır, 5-10 nəfər sərnişinlə yola çıxanda isə sahibkar heç bir gəlir əldə edə bilmir".

 

N.Allahyarova vətəndaşları diqqətli olmağa, gecə vaxtı qeyri-müntəzəm marşrutlardan istifadə etməməyə və belə hallarla qarşılaşdıqları zaman DANX-ə məlumat verməyə çağırır:

"Gecə yolda olan sürücü sükana tam hakim olmaya bilər. Bu baxımdan siz də bizə kömək edin: həyatınızı bu qədər asan təhlükəyə atmayın. Əsas şərt mənzilə sağ-salamat çatmaqdır".

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı