Arzu etdiyin gələcəyə nail olmaq üçün şüurunu indi idarə et /VİDEO

15:39 03-06-2019 | icon 499 | Mədəniyyət
Arzu etdiyin gələcəyə nail olmaq üçün şüurunu indi idarə et /VİDEO

2019-cu ilin iyun ayında şəxsi potensialın inkişafı üzrə bir qrup mütəxəssisdən ibarət “IntAlt Life” komandası Bakıda "Yeni özünə doğru 5 addım" adlı pulsuz təlim keçəcək.

 

YARAT müasir incəsənət məkanı “İnsan: özünü dərk et” proqramı çərçivəsində Bakıda “Yeni özünə doğru 5 addım” adlı giriş mühazirə və praktiki təlimlər təşkil edir. Təlimləri şəxsiyyətin potensialının inkişafı üzrə mütəxəssilər - “IntAlt Life” komandası 12, 14, 15, 16 iyun tarixlərində keçəcək.

 

“IntAlt Life” komandası Rusiyada İntellekt və Altruizm Mərkəzinin təşkilatçılarından biridir. Komanda müntəzəm olaraq meditasiya bacarıqları, özünüanaliz, münaqişəsiz ünsiyyətin inkişafı, neqativ psixoloji vəziyyətin dəyişməsi və stressin səviyyəsinin azaldılmasına yönəlmiş müəllif dərsləri və təlimlər keçirir. 10 ildən artıqdır ki, “IntAlt Life” layihəsinin iştirakçıları özünüinkişaf üçün hər cür bilik və metodlar tətbiq edib onlardan ən faydalı və səmərəli olanlarını seçiblər. Əldə edilmiş təcrübə onların hər biri üçün əhəmiyyətli nəticələrə gətirib-çıxardı. Buna görə təlim proqramları və ruhlandırıcı məhsullar yaratmaq arzusu onların sevimli işi, peşəsi oldu.

 

“IntAlt Life” layihəsinin iştirakçıları belə deyir: "Biz insanlara dolğun bir həyat yaşamalarına, öz potensialları, xəyalları və yüksək məqsədlərini həyata keçirmələrinə; özlərini rahat və xoşbəxt hiss etmələrinə, bütün hadisələri müsbət qəbul etmələrinə, həyatın xoş anlarını yalnız özləri üçün deyil, ətrafdakı bütün insanlar üçün daha yaxın etməyi öyrənmələrinə kömək etmək istəyirik.

Müəyyən vaxtdan sonra hər biri onu anladı ki, öz üzərində işləmək çətin və yorucu prosesdən daha maraqlı və səmərəli prosesə çevrilə bilər, bunun üçün yalnız özünə uyğun alətləri seçmək lazımdır.

Təlimlərlə yanaşı, “IntAlt Life” komandası şəxsiyyətin inkişafı üzrə uzunmüddətli kompleks proqramlar təşkil edir (“Özünüinkişaf payızı” Münhen, Almaniya; “Özünüinkişaf yazı” Moskva, Rusiya və s.).

“İnsan: özünü dərk et” özünüinkişaf proqramının direktoru Arstarulmirus Tarus qeyd edir ki: "Biz hamımız gündəlik olaraq dəyişirik. Dəyişikliklərimizin vektoru və perspektivləri bizim necə olmaq istədiyimizi daha aydın şəkildə anlamaqla yanaşı, özümüz barədə mövcud vaxt üçün fikirlərimizi də müəyyənləşdirir. Buna həyat boyunca inkişaf etdirdiyimiz bir çox vərdişlərimizi və psixo-emosional vəziyyətlərimizin dinamikasını aid etmək olar. Öz vərdişlərini və vəziyyətini müntəzəm olaraq yenidən nəzərdən keçirmək şəxsi dəyişikliklərin daha şüurlu və səmərəli vektorunu qorumağın ən etibarlı yoludur. “IntAlt Life” komandasının təlimləri bu cür nəzərdən keçirmələr üçün faydalı və səmərəli bir təməldir”.

 

İstədiyiniz istiqamətdə özünüzü səmərəli şəkildə necə dəyişə biləcəyinizi öyrənmək üçün praktiki alətlər və məsləhətlər əldə etmək istəyirsinizsə, onda sizi "Yeni özünə doğru 5 addım" adlı giriş müahzirəsi və təlimdə pulsuz iştirak etməyə dəvət edirik.

Bu təlim sizə nə ilə faydalı ola bilər? Proqram kömək edəcək:

 
  • istədiyiniz kimi olmağı öyrənməyə
  • məqsədlərə nail omaq üçün lazımi vərdişləri inkişaf etdirməyə
  • daxili potensialın təzühürünə mane olan mənfi halları dəyişməyə
  • gələcəyə inamlı addımlarla irəliləməyə

Sizi bu mövzudakı giriş mühazirəsinə dəvət edirik. Davam edib, şüurlu özünüinkişafın sirlərini öyrənmək istəyənləri isə “Yeni özünə doğru 5 addım” adlı 3 günlük təlimdə iştirak etməyə təklif edirik.

Təlim və təlimçi haqqında ətraflı məlumat bu keçiddə: www.insan.yarat.az

Mühazirə və təlimlərə qeydiyyat burada: www.insan.yarat.az

Ətraflı məlumat üçün telefon və e-mail: 0502893132, [email protected]

Əlavə məlumatı təşkilatçının saytında əldə edə bilərsiz: www.insan.yarat.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI