“Azərbaycan Xarici İşlər Nazirliyi müstəvisində buna ciddi reaksiya verməlidir”

17:02 03-06-2019 | icon 415 | Siyasət
“Azərbaycan Xarici İşlər Nazirliyi müstəvisində buna ciddi reaksiya verməlidir”

Fikrət Sadıqov: “Abidələrimizi dağıdıb üzərində özləri üçün kurort sahələri açırlarsa, cavabsız qala bilməz”

 

 

“Bu, Azərbaycana qarşı təhqir olaraq qiymətləndirilməlidir. Azərbaycan tərəf Xarici İşlər Nazirliyi müstəvisində buna ciddi reaksiya verməlidir”.

 

Versus.Az “Üç nöqtə”yə istinadən xəbər verir ki, bunu politoloq Firkət Sadıqov, ermənilərin işğal altında olan torpaqlardakı yerləşiminin Qarabağa, ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyünə təhdidləri ilə bağlı açıqlamasında bildirib.

 

Qeyd edək ki, iyunun 2-də Xankəndindəki terrorçu dəstənin başçısı Bako Saakyanın iştirakı ilə Azərbaycanın 27 ildir işğal altında qalan Kəlbəcər rayonu ərazisində istirahət zonası açılıb. Erməni mətbuatının yaydığı məlumatda bildirilib ki, “Ari Rezort” adlı kurort zonası Kəlbəcərin Yeni Çaykənd kəndində salınıb. Bunun turizmin inkişafı üçün böyük stimul yaradacağını iddia edirlər.

 

Politoloq hesab edir ki, erməninin bu cinayətləri cavabsız qalmamalıdır. Onun sözlərinə görə, uzun müddət davam edən erməni həyasızlığına qarşı təkcə bəyanatlar verməklə deyil, məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılması ilə ciddi reaksiyanın təşkilinə çalışmaq lazımdır. F.Sadıqov deyib ki, ermənilərin işğal altında saxladıqları torpaqlarımızda turizmi hansı şərtlərlə inkişaf etdirmək istədikləri də qıcıq doğuran bir məsələdir:

 

“Təbii ki, bi istirahət guşəsinin aktiv işləməsi insanların ora nə dərəcədə kütləvi şəkildə cəlb edə biləcəyinə bağlıdır. Aydın məsələdir ki, Kəlbəcər işğal altındadır və turistlərin ora cəlb olunması yeni problemlər yarada bilər. Ermənilərin Qarabağda, işğal altında olan digər torpaqlarımızda rahat gəzməsinə imkan verməməliyik. Biz ermənilərin təxribatlarına 2016-ci ildə olduğu kimi ciddi reaksiya verilməliyik. Atəşkəsi pozub bizim insanlarımızı vururlarsa, abidələrimizi dağıdıb üzərində özləri üçün kurort sahələri açırlarsa, bu cavabsız qala bilməz. Düzdür, Azərbaycan tək ermənilərlə vuruşmur. Amma ermənilərə cavab verilmədikcə azğınlaşırlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı