“AMEA-da yalnız bu alimlərə ev veriləcək” - İttihamlara cavab
Sosial media və xəbər portallarında AMEA-nın alimlər üçün tikdiyi bina ilə bağlı yazılar səngimək bilmir.
Bir qrup alimin verdiyi və mətbuatda da yer alan məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilib. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyiblər.
Alimlər bununla bağlı bir çox dövlət qurumlarında dəfələrlə qəbullarda olsalar da, heç bir nəticə əldə edə bilməyiblər
Alimlər qeyd ediblər ki, dəfələrlə AMEA-nın inzibati binasının qarşısında toplaşaraq rəhbərlik tərəfindən qəbul edilmələrini tələb etsələr də, istəklərinəçatmayıblar:
Versus.Az AzEdu.az-a istinadla bildirir ki, AMEA-nın Mətbuat və İnformasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva açıqlamasında mətbuatda yazılanların əksinə olaraq, ev verilməsi prosesinin şəffaf şəkildə həyata keçirildiyini qeyd edib:
“AMEA-nın ev verdiyi şəxslər yalnız Akademiyanın yataqxanasında yaşayan, elmi dərəcəsi olan insanlardırlar.
Bu şikayətləri edən şəxslərin isə başqa yerdə mənzilləri var. Onlar alimlərə ev veriləcəyini öyrənən zaman mənzillərini ya başqa şəxslərin adına keçirib, ya da satıblar. Bu yolla da onlar öz izlərini itirmək istəyiblər.Əmlak Komitəsi və onun nəzdindəki Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən araşdırılıb ki, həmin şəxslərin –yəni, AMEA-nınyeni tikilən binasında evlə təmin olunmaq istəyən alimlərin - adına şəxsi ev var.Buna görə də onlar məlum binada evlə təmin olunmayacaqlar.
Akademiya yalnız evi olmayan alimlərin evlə təmin olunması məsələsini qaldırıb və bu istiqamətdə tədbirlər həyata keçirib.Təkrar edirəm, yalnız buranın yataqxanasında yaşayan alimlər AMEA tərəfindənmənzillə təmin olunacaqlar.
Aralarında hətta kirayədə yaşayan alimlər var ki, sonradan araşdırma aparılan zaman adlarına mənzil olduğu aşkarlanıb.
Akademiya nəyə görə şəxsi mənzili olan alimləri evlə təmin etməlidir?! Ona görə də mətbuatda yazılaniddialar düzgün deyil.
Haradasa mənzil verilirsə, orada insanlar müxtəlif məsələlərə əl atıb, ona sahib olmağa çalışacaqlar.Məsələn, evlərini başqalarının adına keçirəcəklər ki, adlarında şəxsi əmlak olmasın və onlara da ev verilsin.
Mətbuatda yazılan məqalələrdə qeyd olunan 54, 58 nömrəli mənzillər də artıq alimlərin ixtiyarına verilib.Bu şəxslər də təbii ki, AMEA-nın yataqxanasında yaşayan və onun ərazisində məskunlaşan insanlardır.
Bu söz-söhbətlərə birdəfəlik son qoyulmalıdı!Sosial mediada bu məsələlər qaldırılır.Bəzi şəxslər ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar.Cəmiyyəti aldatmaq düzgün deyil. Bu AMEA-nın strukturuna atılan böhtandan və şərdən başqa bir şey deyil”
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...