Millət vəkili Nazilidə Qarabağla bağlı tədbirlərdə iştirak edib

12:24 16-03-2018 | icon 745 | Qarabağ
Millət vəkili Nazilidə Qarabağla bağlı tədbirlərdə iştirak edib

“Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi də Türkiyənin şəhididir”

Millət vəkili Qənirə Paşayeva Nazili bələdiyyə başqanı, kaymakamı, QHT və KİV rəhbərləri, Karasu QHT-ləri ilə görüşüb və Qarabağla bağlı çağırış edib.

Versus.az xəbər verir ki, Qarabağla bağlı tədbirlərdə iştirak etmək üçün Nazilidə səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nazili bələdiyyə başqanı ilə görüşüb.
Azərbaycanı çox sevdiyini deyən Nazili bələdiyyə başqanı Haluk Alıcık ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı geniş müzakirələr olub. "Azərbaycanın şəhidi bizim də şəhidimizdir" - deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacaqlarını bildirib.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Nazilinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.


Nazili bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Ölkəmizi çox sevdiyini deyən Haluk Alıcık Azərbaycana mütləq səfər edəcəyini bildirib.

Qənirə Paşayeva həmçinin Nazili kaymakamı İbrahim Küçük ilə də görüşüb və müzakirələr olub. Millət vəkili Nazili kaymakamı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib, terroru və bu terrorun arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən Nazili Kaymakamı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyib və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Kaymakamla söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” - deyə, millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan bölgələri ilə Nazili arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

Qənirə Paşayeva Körfez Azərbaycan  Kültür və Spor Dərnəyini ziyarət edib, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə görüşüb. Azərbaycan, Türkiyə və Türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT-lərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi olub. Millət vəkili konkret təkliflərlə çıxış edib və onları Azərbaycana dəvət edib.

Qənirə Paşayeva eyni zamanda Nazilidə Şəhid ailələri və Qaziləri də ziyarət edib. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi də Türkiyənin şəhididir” deyən millət vəkili bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. O, hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb.


Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək millət vəkilinin onları ölkəmizə dəvətini qəbul ediblər.

Görüşün sonunda Q.Paşayeva Nazili Şəhid ailələri və Qazilərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin