Azərbaycan ATƏT PA-nın dəstəyi ilə keçirilən beynəlxalq konfransda təmsil olunacaq

10:39 04-06-2019 | icon 339 | Siyasət
Azərbaycan ATƏT PA-nın dəstəyi ilə keçirilən beynəlxalq konfransda təmsil olunacaq

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva ATƏT PA-nın dəstəyi ilə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda iştirak etmək üçün iyunun 5-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

 

Versus.Az xəbər verir ki, tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur. Konfransda “Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.

 

Digər sessiyalarda “Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, “Parlament nəzarəti və müxalifətin rolu”, “Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, “Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

 

Deputatlarımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin