“Azərbaycan və Türkiyənin şəhid övladları qucaqlaşırlar!” - LAYİHƏ
Müstəqil Azərbaycanın varlığı naminə şəhid olanların bir qrupunun övladı Türkiyədə səfərdədir.
Xəbər verildiyi kimi,Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi” Dərnəyini rəhbəri, soydaşımız Cəvahir Əhmədovanın layihəsi əsasında martın 15-dən 27-dək “Azərbaycan və Türkiyənin şəhid övladları qucaqlaşırlar!” layihəsi həyata keçirilir.
Versus.az-ın məlumatına görə, Türkiyə Baş Nazirliyinin Tanıtım Fondunun maliyyə dəstəyilə həyata keçirilən bu layihədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş 40 Qəhrəmanın övladı iştirak edir. Şəhid övladları artıq Türkiyədə mühüm görüşlərə başlayıb.
Xatırladırıq ki, bu layihənin Azərbaycandakı koordinatoru “Palitra” qəzetinin müxbiri Fuad Hüseynzadədir.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"