Qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edilib

11:54 04-06-2019 | icon 383 | Gündəm
Qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edilib

Dövlət Turizm Agentliyi Azərbaycanda qoruqların fəaliyyəti ilə bağlı yeni qurumun yaradılmasını təklif edib.

 

Versus.Az xəbər verir ki, bunu agentliyin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyində qoruqlarla bağlı publik hüquqi şəxs qismində Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasını təklif ediblər:

 

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarəolunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin. Qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək".

 

F.Nağıyev əlavə edib ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Qoruqların bəzilərində müəyyən işlərinin görülməsinə ehtiyac var.

Agentlik sədrinin məlumatına görə, artıq "Yanardağ"da muzey, uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb: "Hesab edirəm ki, "Atəşgah"ı da turistlər üçün cəlbedici etmək üçün nələrsə yaradılmalıdır. Yaxın zamanlarda orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradacağıq. Qoruqlara giriş 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün indiki kimi 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik. Bu təcrübə başqa ölkələrdə də var. Müşahidə edirik ki, hər ay 15 min turist "Yanardağ"a, 20 mindən çox turist "Atəşgah"a gəlir"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol