İqbal Ağazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

12:59 04-06-2019 | icon 373 | Gündəm
İqbal Ağazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Müqəddəs Ramazan Bayramı münasibətilə təbrikedib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Hörmətli həmvətənlər, dəyərli soydaşlar!


Sizi Müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan diləyirəm!


İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.


Hər şeydən əvvəl bu bayramın millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğal altında olan torpaqlarımızın azad olunmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, küskünlüklərin aradan qalxmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.


İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək.


Bu əziz bayramda bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımı təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.


Allah orucunuzu, dilədiyiniz duaları qəbul etsin! Amin!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol