Soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin diqqətinə

13:36 04-06-2019 | icon 395 | Gündəm
Soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin diqqətinə

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hər bir yol hərəkəti iştirakçısını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək səfərə çıxan sürücülərə bir sıra qaydalara riayət etmələrini tövsiyə edib.

 

Versus.Az xəbər verir ki, bu barədə BDYPİ-dən verilən məlumatda bildirilir.

 

Məlumatda qeyd edilir ki, ilk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir:

 

"Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.

Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı