AXCP sədri Razi Nurullayev dünya müsəlmanlarını Ramazan Bayramı münasibətilə təbrik edib /VİDEO
"Bütün müsəlman dünyasını və mömünləri, oruc tutanları Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirəm".
Versus.Az-ın məlumatına görə, bu sözləri Ramazan bayramı münasibətilə xalqa təbrik müraciətində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.
Partiya sədri xalqımıza cansağlığı, sülh və əminamanlıq arzulayıb:
"Arzu edirəm ki, ölkəmizə sülh gəlsin. Bütün müsəlman dünyasına stabillik gəlsin. Və başqa ölkələrdə olan bütün müsəlmanlar nəhayət ki, sabitlik və sülh şəraitində rahat yaşasınlar. Qoy bütün müsəlman ölkələrindəki savaşlar, axan qanlar dursun".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"