"Bu, Amerikanın da zərərinədir"

11:52 06-06-2019 | icon 564 | Geopolitika
"Bu, Amerikanın da zərərinədir"

“ABŞ-İran münasibətləri həmişə gərgin olub, bunun fundamental səbəbləri var. İranda dini rejim hakimiyyətə gəldikdən sonra ABŞ-İran düşmənçiliyi başladı”.

 

Versus.Az xəbər verir ki, bunu yerli mətbuata politoloq Ramiyə Məmmədova deyib.

 

Onun fikrincə, ikitərəfli münasibətlərin kəskin olmasının əsas səbəblərindən biri İranın nüvə proqramı ilə bağlıdır:

“Bundan başqa, Vaşinqtonun İranı terrorizmə dəstək verməkdə ittiham etməsi, Tehranın Yaxın Şərq və Körfəzdə söz sahibi olmaq cəhdləri də bura daxildir. İranın bölgədə gedən proseslərdə müstəqil oyunçu kimi aparması münasibətləri düşmənçilik müstəvisinə keçirdi. Bunların hər biri ABŞ-ı narahat edir, buna görə də illərdir İrana qarşı iqtisadi sanksiyalar tətbiq edir.

Müxtəlif illərdə tərəflər arasında əldə edilən anlaşmalar gərginliyi bir qədər səngitsə də, böhrana son qoyulmur. Gərginlik ABŞ-İran müharibəsi ehtimalını yenidən qızışdırıb. Qarşılıqlı açıq təhdidlər dünya ictimaiyyətini narahat etməyə başlayıb.

Donald Trampın İranla əldə edilmiş müqavilədən çıxması gərginliyi pik həddə qaldırdı. Bundan sonra Tramp İrana qarşı sərt sanksiyalar tətbiq etməklə yanaşı, İranı dünyanın neft bazarından sıxışdırmaq üçün digər dövlətlərə də təzyiq etməyə başladı. Lakin İrandan ucuz neft alan dövlətlər Trampın bu siyasətinə etiraz etsələr də, sonadək müqavimət göstərə bilmədilər. Çünki həmin dövlətlərin özü ABŞ-ın sanksiya təhdidi ilə üz-üzə qaldı. Yəni sanksiyalarla bir sıra dövlətləri öz təsiri altına alan ABŞ istədiyinə nail olur.

Əslində bu, Amerikanın da zərərinədir, bununla dünyan dövlətlərini özünə qarşı çevirir. Bunu başa düşən rəsmi Vaşinqtonun İranla qeyd-şərtsiz danışıqlara hazır olduğunu bəyan etməsi maraqla qarşılandı. Bu, tərəflər arasında pərdəarxası sövdələşmənin olduğu ehtimalını yaradır. Yəni, yaxın zamanlarda ikitərəfli münasibətlərin isinməsinin şahidi ola bilərik”.

Ramiyə Məmmədovanın sözlərinə görə, ABŞ-ın dialoqa getməsi iqtisadiyyatı ağır vəziyyətdə olan İranın xeyrinədir:

“İran-ABŞ münasibətlərinin yumşalması dünya və regiondakı gərginliyin aradan qalxmasına gətirib çıxaracaq, bu, müharibə ehtimalını da aradan qaldıracaq. Lakin bunun İranın xarici siyasət kursunun dəyişəcəyinə inanmıram. İranın bundan sonra da ABŞ-ın iddia etdiyi terror təşkilatlarına dəstəyi davam edəcək.

Məlumdur ki, İran Vaşinqtonda Yaxın Şərq və Körfəzdə terrorizmə dəstək verən dövlət kimi qəbul edilir. Yəqin ki, İran və ABŞ arasında hansı anlaşmanın əldə edildiyini və bunun nəticəsini yaxın zamanda görəcəyik”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür