Azərbaycan ATƏT PA-nın komitə iclasında iştirak edir

12:23 06-06-2019 | icon 358 | Siyasət
Azərbaycan ATƏT PA-nın komitə iclasında iştirak edir

Tbilisi şəhərində ATƏT Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı beynəlxalq konfransı keçirilir.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanı bu tədbirdə təmsil edirlər.

 

Qeyd edək ki, tədbirin təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan Parlamenti və Milli Demokratiya İnstitutudur.

 

Konfransda "Parlament nəzarətində plenar və komitə iclaslarının rolu" mövzusunda I sessiyaya ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev moderatorluq edəcək.

Digər sessiyalarda "Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti", "Parlament nəzarəti və müxalifətin rolu", "Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu", "Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

 

Deputatlarımız müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”