Orfoqrafiya lüğətinin çapı ləngiyir

09:41 07-06-2019 | icon 507 | Gündəm
Orfoqrafiya lüğətinin çapı ləngiyir

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulan bəzi sözlərlə bağlı mübahisəli məqamlar ortaya çıxdığı üçün kitabın çapa verilməsi ləngiyəcək.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, hazırda həmin mübahisəli sözlərlə bağlı müzakirələr aparılır.

 

M.Nağısoylu əlavə edib ki, mübahisəli sözlərin arasında həm lüğətə yeni daxil olan, həm də lüğətin 2013-cü il nəşrində olan və tənqidə səbəb olan sözlər var.

Bu səbəbdən bəzi sözlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğunu deyən institut direktoru bildirib ki, lüğətin bu ilin may ayının sonunda çapa təqdim edilməsi nəzərdə tutulsa da, hazırda kitabın nəşri sentyabra qədər ləngiyəcək.

 

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən keçən 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz cəmlənərək yeni lüğətə daxil edilib. Ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz var.

 

Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...