“Türkiyəyə gələrkən elə bilirdim tezliklə Mosula qayıdacam”

10:39 07-06-2019 | icon 948 | Cəmiyyət
“Türkiyəyə gələrkən elə bilirdim tezliklə Mosula qayıdacam”

Yahya Arslan: “Mən könüllü olaraq, əməkhaqqı almadan Kərkük, Türkməneli adına çalışmaqdan qürur duyuram”

 

Ankarada İraq Türkləri Öyrənci və Gənclər Birliyində Türkiyədə təhsil alan türkmən tələbələrimizlə görüşdüm. Kərkük, Türkmənelinin müxtəlif bölgələrindən qardaş ölkəyə ali təhsil almaga gələn gənclərimizi tanımaq, onlarla söhbət etməkdən çox məmnun oldum. Aralarında Mosuldan, Telaferden və digər yerlərdən didərgin düşən ailələrin övladlaı da var. Türkiyənin müxtəlif universitetlərində təhsil alan ağıllı, savadlı, yaşadıqları çətinliklərə baxmayaraq gələcəyə böyük ümidlə baxan bu gənclər çox vaxt İraq Türkləri Öyrənci və Gənclər Birliyində toplanırlar.

 

Birliyin genəl başqanı Yahya Arslan da Kərkük, Türkməneli mücadiləsinin öncüllərindən olan bir ailənin oğludur. Əslində Türkiyəyə gələrkən tezliklə geri dönəcəyini düşünüb. Əslən Mosuldan olan Yahya elə Mosul universitetini bitirib, sonra təhsilini Türkiyədə Çankaya universitetində davam etdirib. Mosul universitetdə müəllim işləyən atasının xəstəliyi ilə bağlı, onun müalicəsi üçün Ankaraya gəlib. Söhbət zamanı bildirdi ki, Türkiyə qardaş ölkə, Türkməneli qədər sevdiyimiz vətənimiz də olsa, Mosulda yaşayıb, çalışmagı qarşısına məqsəd qoyubmuş:

 

“Amma bəzən həyat şərtləri başqa olur, görürsən ki, hər şey bizim istəklərimiz üzərində qurulmayıb”.

 

Bu barədə danışmaq istəməsə də, İraqın məşhur veterinar pedaqoqu, həkimi olan atası uzun müddətli müalicələrə baxmayaraq, xərçəng xəstəliyi nəticəsində dünyasını dəyişir. Mosulda da vəziyyət ağır idi, İŞİD (DAEŞ) şəhərə daxil olmuşdu, terror hadisələri, bombardmanlar ara vermirdi. Hər yeri yandırır, dağıdır, günahsız insanları qətlə yetirirdilər. Həmin vaxtlar ailəsi, anası, həyat yoldaşı, azyaşlı uşaqları, yaxın qohumları Mosulda idilər. İŞİD Mosul universitetini də ələ keçir.

 

Yahya Arslan deyir ki, Mosul universiteti İraqın ikinci ən böyük və nüfuzlu  ali təhsil ocagı idi. 2014-cü ildə İŞİD universiteti bombalayır, bir çox fakültə binaları yerlə yeksan edildi. Qalanları isə bombardman və mərmilər nəticəsində tanınmaz hala gəldilər, hər yerdə yanğın, bomba, mərmi izləri var. Universitetin 80 milyondan artıq kitablarının, elektron sənədlərinin olduğu kitabxanasını yandırdılar. Mosul universiteti Yaxın Şərqdə ən böyük mətbəə və nəşriyyata sahib idi. Terrorçular yanmış, dağıdılmış universitet kışla kimi istifadə etdilər, orada terror təlimləri keçirdilər, kampa çevirdilər. İŞİD ələ keçirmədən öncə universitetimizdə 23 fakültə, 120 bölüm, 120 labaratoriya var idi. Universitetin yüzdə yetmişi tamamilə dağıdıldı, qalan yerlərdə qeyd etdiyim kimi yanmş, qəzalı hala gəldi.

 

Haşiyə:

2014-cü ildə Mosulu ələ keçirən İŞİD şəhəri xarabaya çevirdi. Mosulun tarixi yerlərini, infrastrukturunu dagitdi.  Çoxu tarixi olan 63 məscid və kilseni bombardman etdi, 308 məktəb binası, 12 institut, 11 min ev, 4 elektrik stansiyası, 6 su stansiyası, 29 hotel, 9 xəstəxana, 76 saglıq mərkəzi, dərman, kibrit, sement və dəmir fabrikləri tamamilə məhv edilib, yox oldu.

 

Əlbəttə bu yazıda söhbətimiz İraq Türkləri Öyrənci və Gənclər Birliyi barədə olsa da, birliyin başqanı Yahya Arslanın mosullu oldugunu nəzərə alıb, az da olsa, Mosuldan danışmamaq olmazdı. Çünki, türkmən qardaşlarımızın o torpaqlarda minillik tarixlərə var, Yahya Arslan da öz torpagına baglı olan insanlardan biridir.

 

Ötən yazılarımda da qeyd etmişdim ki, türkmənlər öz mədəniyyətləri, elmi, savadı, adət-ənənələrinə bağlılıqları ilə seçiliblər. Hansı ölkələrdə yaşamalarından asılı olmayaraq bu xüsusiyyətləri qoruyub saxlayırlar. Yahya Arslan deyir ki, İraq Türkləri Öyrənci və Gənclər Birliyi 1995-ci ildə qurulub:

 

“Türkiyədə təhsil alan türkmən tələbələri bir araya gətirmək, onların problemləri ilə maraqlanmaq, həll etməkdən ibarətdir. Eyni zamanda türkmən tələbələri və gəncləri olmaqla, Türkiyədə təhsil alan digər türkdilli ölkələrdən olan tələbə və gənclərlə əlaqələrin, dostlugun, qardaşlığın möhkəmləndirilməsi, birlikdə müxtəlif tədbirlərin, konfransların, toplantıların keçirilməsidir, bir-birlərini daha yaxından tanımalarıdır”.

 

Həmsöhbətim bildirir ki, İraq Türkləri Öyrənci və Gənclər Birliyi iki qurumdan biridir ki, burada genəl başqan seçki yolu ilə, yəni, səsvermə ilə seçilir:

 

“İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi, bir də bizim təşkilatda başqanın kimliyi səsvermə nəticəsində məlum olur. Biz də, İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyinin başqanı hörmətli Neçmettin Canabaz da düşünürük ki, bu daha sivil və ədalətlidir. İnsanlar kimi daha çox həmin yerdə görmək istəyirlərsə səslərini ona verirlər. Əlbəttə, mənim üçün bu çox məsuliyyətli bir işdir. Çünki, öyrəncilərimiz, gənclərimiz etimad göstəriblər, bu etimadı ən layiqli şəkildə dogrultmalıyam. 2018- ci ildən 500 nəfər tələbə gənclərimizin verdikləri səslə birliyin genəl başqanıyam. Onu da qeyd edim ki, mən də, yuxarıda adını çəkdiyim İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyinin genəl başqanı Necmettin Canabaz da könüllü fəaliyyət göstəririk. Yəni, bu fəaliyyətimizə görə əməkhaqqı almırıq. Amma sevə-sevə, var güçümüzlə Kərkük, Türkməneli üçün çalışırıq”.

 

Yahya Arslan deyir ki, hazırda birliyin 600 nəfərdən çox üzvü var. Ancaq hesab edir ki, Türkiyədə təhsil alan türkmən tələbələrin sayı daha çoxdur. Genəl başqan seçiləndən sonra təkcə Ankarada deyil, Türkiyənin müxtəlif şəhərlərində universitetlərdə təhsil alan bütün türkmən tələbələri birliyin xətti ilə bir araya gətirmək istəyir:

 

“İraq Türkləri Öyrənci və Gənclər Birliyinin başqanı seçiləndən sonra ilk işlərimdən biri də bu oldu. Türkiyənin bütün şəhərlərində ali təhsil alan tələbələrimizi bir araya gətirmək. Qeyd etdiyim kimi, bəzən tələbələrimiz müxtlif problemlərlə qarşılaşmalı olurlar və hara müraciət edəcəklərini bilmirlər. Amma onlar birliyə gəldikdə biz üzləşdikləri bütün problemləri həll etməyə çalışırıq. Hazırda birliyimizin Türkiyənin 22 bölgəsində nümayəndəlikləri fəaliyyət göstərir. Məsələn, tələbə gənclərimizin ən çox qarşılaşdıqları problemlərdən biri kimliklə baglı olur, biz demək olar ki, bu problemin həllinə nail olmuşuq. Kərkük Türkmənelinin İŞİD (DAEŞ) hücumuna məruz qalan, öz torpaqlarında didərgin düşüb Türkiyəyə sıgınan ailələrimiz var. Bu ailələr içərisində Telaferden olanlar və onların tələbə övladları daha çoxdur. Çalışırıq ki, həm ailələrə, həm də telaferli türkmən tələbə gənclərimizə dəstək olaq”.

 

İraq Türkləri Öyrənci və Gənclər Birliyi İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi ilə birlikdə Ramazan ayı boyunca həm Ankarada, həm də digər bölgələrdə iftar süfrələri təşkil ediblər. Bu iftar süfrələrinə təkcə türkmənləri deyil Türkiyədə təhsil alan digər türkdilli ölkələrdən olan tələbə gəncləri də dəvət ediblər. Yahya Arslan deyir ki, Ramazan ayı birlik, bərabərlik, qardaşlıq, yardımlaşma ayıdır. Biz də bu müqəddəs ayda imkanımız daxilində daha çox bu əməlləri gerçəkləşdirmək istədik.

 

Haşiyə:

Ramazan Ayında İraq türkləri Öyrənci və Gənclər Birliyində toplanan 10000 lirəlik fitrə, zəkat və 155 alışveriş kartı yetim, xəstə və kimsəsizlərə, ehtiyacı olan ailələrə təqdim olunub. Əl tutmaq Əlidən (a.s) qalıb deyirlər. Birlik olaraq min aydan daha xeyirli bir ayda gözəl, xeyirxah bir işə imza atılıb.

 

Ağanisə Sultan
/Ankara Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol