Şagirdlərin beynəlxalq qiymətləndirilməsinə başlanıldı

16:59 07-06-2019 | icon 467 | Təhsil
Şagirdlərin beynəlxalq qiymətləndirilməsinə başlanıldı

May ayının ikinci ongünlüyündən başlayaraq Azərbaycanın Təhsil İnstitutu (ARTİ) tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının əsas mərhələsinin keçirilməsinə başlanılıb.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində şagirdlər onlara ünvanlanan sual və tapşırıqları cavablandırırlar.

 

TİMSS həm də şagirdləri, onların valideynlərini, sinif müəllimlərini və təhsil aldıqları məktəblərin rəhbərlərini şagirdlərin evləri, məktəb təcrübələri, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin öyrənilməsi üçün təlimat kontekstləri barədə sorğunu doldurmağa dəvət edir.

 

Qeyd edək ki, sorğular xüsusi diqqətlə hazırlanmış çərçivə sənədinə müvafiq tərtib edilir və hər qiymətləndirmənin nəticələrinə əsasən TİMSS milli tədqiqat koordinatorları və TİMSS Sorğusu üzrə Beynəlxalq Ekspertlər Komitəsi tərəfindən daim yenilənir.

 

TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, yeni və ya yenilənmiş siyasətlərin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdir. Bu sorğulardan toplanan məlumatlar təhsil siyasətinin tətbiqi barədə dinamik mənzərəni əks etdirir. Sorğu nəticələri əsasında mühüm məsələlər qaldırıla bilir və təhsilin inkişafı üçün yollar təklif edilir.

 

Tədqiqatın əsas mərhələsində Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) paytaxt da daxil olmaqla digər şəhər və rayonlarda yerləşən ümumtəhsil məktəblərindən təsadüfi seçimlə müəyyənləşdirdiyi 252 sinifdə təhsil alan təxminən 6500-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Tədqiqatda Azərbaycan bölməsi ilə yanaşı rus bölməsində təhsil alan 4-cü sinif şagirdləri də iştirak edir.

 

Qeyd edək ki, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır.

 

Qlobal konteksdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur.

Qeyd edək ki, ölkəmiz sonuncu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.

 

C.Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...