Vəkil: "Fuad Abbasov hava limanından geri qaytarılıb" - son dəqiqə

07:56 08-06-2019 | icon 450 | Hadisə
Vəkil: "Fuad Abbasov hava limanından geri qaytarılıb" - son dəqiqə

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasovun Bakıya deportasiyası yubanır.

 

Versus.Az xəbər verir ki, bu barədə Musavat.com-a vəkil Elman Paşayev məlumat verib. Vəkil bildirib ki, onda olan məlumata görə Fuad Abbasovu bu dəqiqələrdə hava limanından geri qaytarıblar.

 

Vəkil bu prosesin səbəbləri barəsində aşağıdakı versiyaları irəli sürüb: "Ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atılıb. Bir variant da var ki, Fuad Abbasov hansısa sənədləri unuda bilər. Ancaq bu versiya o qədər də inandırıcı deyil. Çünki əgər sənəd məsələsi olsaydı, bunun üçün başqa bir şəxsi də göndərmək olardı ki, lazımı sənədləri hava limanına gətirsin. Hələ ki, məndə olan məlumat budur ki, onu geri qaytarıblar".

Oxu.az saytı isə məlumat yayıb ki, Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Sayta bu barədə məlumatı İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi  Elçin Axundzadə verib.

Sayt yazır ki, Abbasov hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb:

"Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir. Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib".

 

Versus.Az xatırladır ki, jurnalistin ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximski Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı