"Parlamentdə iclas çağırılmalıdır”

09:07 08-06-2019 | icon 388 | Cəmiyyət
"Parlamentdə iclas çağırılmalıdır”

Qurtuluş gününə bir həftə qalır. Bu günlə bağlı əfv sərəncamının verilməyəcəyi dəqiqləşsə də, amnistiya aktının parlamentdə qəbul olunacağı barədə xəbərlər dolaşır. Hətta qarşıdakı günlərin birində bununla bağlı qanunverici orqanın iclasının çağırılacağı bildirilir.

Versus.Az xəbər verir ki, əslinə qalsa, ilk dəfə amnistiya anonsunu bir müddət öncə “Yeni Müsavat”da hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı vermişdi. O, əfvin olmayacağını bildirərək, amnistiyanın olacağını əminliklə söyləmişdi.

M.Qəhrəmanlı qəzetimizə açıqlamasında yenə də amnistiyadan söz açdı: “Hər şey amnistiya aktını parlamentdə təqdim edəndən daha çox asılı olur. Əgər hər zaman olduğu kimi, bu məsələni ölkənin vitse-prezidenti qaldırsa, o zaman hər şey olunmuş sayılacaq. Bildiyim qədəri ilə bu barədə parlamentdə iclas çağırılmalıdır. İnşallah, bu xəbər doğru olar. Təbii ki, bu, siyasi qərar olacaq. Ölkəmizin imicinin daha da artırılması baxımından çox önəmli qərar olardı.

M.Qəhrəmanlı ile ilgili görsel sonucu

Mirvari Qəhrəmanlı

Mehriban xanım hər zaman humanist addım atıb, bu dəfə ümid edirəm ki, belə olacaq. Novruz əfvindən sonra həbsdə qalan siyasi məhbusların azad olunması çox vacibdir. Amnistiyanın verilməsinə çox böyük ehtiyac var. Bu qərar yalnız siyasi məhbuslar üçün verilmir. Əfv bağışlamadır, amma amnistiya belə deyil. Lakin bu akta bağışlanmalı olan bir çox maddələr düşə bilər”.

Səidə Qocamanlı ile ilgili görsel sonucu

Səidə Qocamanlı

Hüquq müdafiəçisi Səidə Qocamanlı: “Amnistiyaya düşən maddələr parlamentin iclasından keçməlidir. Ümid etmirəm ki, parlament ayın 15-nə kimi bu məsələyə baxıb hansısa bir qərar verəcək. Bilirsiniz ki, bu ilin martında böyük əfv sərəncamı verilib. Artıq o zamandan 3 aya yaxın müddət keçib. Belə bir qısa zaman kəsiyində əfvin olacağına, açığı, inanmıram. Amma AŞ PA-nın yaz sessiyasından sonra nəyəsə ümid etmək olar. Məsələn, avqust ayında əfv ola bilər. Amnistiyanın verilməsinə ehtiyac var. Hər halda, cəzaçəkmə müəssisələrində amnistiyanı gözləyən o qədər məhbus var ki. Onların ailələrinə qovuşmaları çox gözəl olardı. Amnistiyanın verilməsinin heç bir zərəri olmaz. Amma hansı maddələrlə amnistiyanın verilməsi çox mühümdür. Düşünürəm ki, hələ bu haqda danışmaq tezdir. Hər halda, avqustun sonları və ya sentyabrın əvvəllərində əfv gözləmək olar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”