Qarabağ üçün yeni “Yol xəritəsi”

10:31 08-06-2019 | icon 109 | Geopolitika
Qarabağ üçün yeni “Yol xəritəsi”

Ermənistan XİN başçısının iddiasına rəsmi Bakıdan cavab gəldi

Versus.Az xəbər verir ki, keçmiş prezident Robert Köçəryanın həbsdən buraxılmasından sonra baş nazir Nikol Paşinyanın rahatlığı pozulub. Liderlərinin əl-qolunun açılması Qarabağ klanının revanş əldə etməsinə imkan yaradıb. Vəziyyət o həddə çatıb ki, artıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan N.Paşinyana açıq mətnlə cavab qaytarır, tərəflər bir-birini satqınlıqda ittiham edirlər.

İndi məlum olur ki, Ermənistandakı Respublika gününə B.Saakyan niyə dəvət olunmayıbmış. Paşinyan jurnalistlərlə görüşdə faktiki olaraq Dağlıq Qarabağı sabotajda ittiham edib. “Mən Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə dəfələrlə görüşmüşəm və Qarabağ probleminin nizamlanması ilə bağlı baxışımı paylaşmışam, mənim baxışım və ya təklifimlə bağlı irad olub-olmadığı, bu baxışla razı olub-olmadıqları ilə maraqlanmışam. Və məlum olub ki, hamı bununla razıdır. Amma bundan sonra oradaki insanlar öz köməkçiləri vasitəsilə hökumətin torpaq verdiyi barədə şayiələr yaymağa başlayıblar. Mən bu insanla məxfi şəraitdə bütün düşüncələrimi, irəliləmək üçün hansı addımları atmalı olduğumuzu danışmışam və bu insan çıxıb köməkçisinə deyir ki, facebook-a gir və yaz ki, Paşinyan torpaq verir, - o, bunu niyə edir?”, - deyə Paşinyan Saakyana eyham edərək bildirib. Daha sonra o əlavə edib ki, indiyədək Ermənistan rəhbərliyi Qarabağ nizamlanma danışıqlarının gedişatı barədə məlumat verməyib. “Qarabağ danışıqları ilə bağlı sənədləri onlara mən verdim. Buna qədər onların, ümumiyyətlə, nə baş verdiyindən xəbərləri yox idi. Beş dəfə soruşdum, nə barədə danışıldığından, hansı razılıq əldə edildiyindən xəbəriniz var? Onların xəbəri yox idi”, - deyə Paşinyan bildirib. (Contakt.az)  Bir neçə saat sonra Bako Saakyan artıq mətbuat üçün bəyanat verərək, Paşinyanın iddialarını təkzib edib. “İndi də, keçmişdə də Azərbaycanla danışıqlardan əvvəl də, sonra da Ermənistan hakimiyyəti Qarabağ rəhbərliyinə müzakirə olunan məsələlər və son inkişaflar barədə məlumat veriblər”, - deyə Saakyan bildirib. Yerli müşahidəçilər baş verənləri İrəvan və Qarabağ arasında etimadsızlığın artmasına dəlalət edən, sabitliyi pozan və Ermənistan tərəfin təhlükəsizliyini təhdid altına qoyan təhlükəli təmayülün davamı kimi qiymətləndirirlər.

Bako Saakyanın “ermənilərin birliyinə mane olmaq yolverilməzdir və belələri varsa, cəzalandırılacaqlar” deməsi isə Paşinyana “güllə kimi” cavab olub. Sözsüz ki, B.Saakyan kimi kərtənkələlərə zəhər verən ilanlar var. Ancaq bu da şübhə doğurmur ki, Qarabağ separatçıları cəsarəti təkcə Qarabağ klanının liderlərindən almır, həm də Rusiyadakı dairələrə arxayın olduqları üçün Paşinyana qarşı çıxırlar.

Ermənistanın Sasna Srer Partiyasının rəhbəri Jirayr Səfilyan deyib ki, Ermənistanda olan “beşinci kolon”a Rusiya rəhbərlik edir. O, “beşinci kolon”un Qarabağda yerləşdiyini bildirib:

“Biz son aylar ərzində Kremldən fərlqi komissarların, emissarların yerlərdə lazımi fəaliyyətin yoxlanılması məqsədiylə gəldiyinə şahid oluruq. Onların missiyaları uğursuzluğa düçar olub. Qarabağın abxaziyalaşdırılması ilə bağlı bütün cəhdlər uğursuzluqla nəticələndi”. Müsahibəsində Nikol Paşinyanı tərifləyən Səfilyan məhz onun sayəsində Kremlin Karen Karapetyanı hakimiyyətə gətirmək planının fiaskoya məruz qaldığını deyib. O, Kremlin Ermənistanda hakimiyyətin xalq nümayəndəsinə keçməsindən qorxduğunu bildirib: “Beşinci kolon” çalışır ki, hakimiyyət uğursuzluğa düçar olsun. Onlar Nikol Paşinyandan qorxmurlar. Onlar dəyişikliyin xalqın öz iradəsini ifadə etməsi nəticəsində meydana gəlməsindən və bu rəhbərin uğur qazanacağı təqdirdə, inqilabın Rusiyaya çatmasından qorxurlar. Onların qarşısındakı hədəf bunu neytrallaşdırmaqdır. “Beşinci kolon”un qısamüddətli hədəfi Ermənistan və Qarabağda idarəolunan xaos yaratmaqdır". O qeyd edib ki, İrəvan mümkün qədər Qarabağa müdaxilə etməli və və burada Sərkisyan rejiminin qalıqlarını təmizləməlidir.

Bu deyilənlər bir daha sübut edir ki, Qarabağ klanını Paşinyana qarşı mübarizəyə həvəsləndirən Rusiyadır. Bu arada Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da Paşinyan-Saakyan qarşıdurmasından bəhs edib. O, jurnalistlərlə söhbətində Nikol Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışıb. Virtualaz.org AzadlıqRadiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Mnatsakanyan İrəvanla Xankəndindəki rejim arasında ixtilafların olduğunu təsdiqləyib. Amma tərəflərin bir-birilərinin ünvanına irəli sürdüyü son ittihamları şərh etmək istəməyib. Zöhrab Mnatsakanyan bu mübahisəni şərh etmək istəməyib, amma deyib ki, torpaqların qaytarılması iddialarını heç müzakirə etməyə belə dəyməz. “Siz necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi? Və bütün bunları razılaşma sənədində əks etdirməyi təsəvvür edərmi? Belə şey ola bilməz. Torpaqların satılmasına dair qalan məsələləri heç müzakirə etməyə də dəyməz” Mnatsakanyan bildirib.

Qeyd edək ki, torpaqların qaytarılmasını istisna edən bu kimi bəyanatlar Ermənistanın indiki hakimiyyətinin nümayəndələri tərəfindən əvvəllər də səsləndirilib. O cümlədən Paşinyan özü bir neçə dəfə belə ritorikadan çıxış edib. Habelə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağını bildirmişdi.

Ä°lgili resim

 Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a deyibki, Ermənistanda siyasi böhranın davam etməsi istər-istəməz Azərbaycan üçün avantaj yaradır: “Nikol Paşinyanla Qarabağ klanı arasında davam edən siyasi böhran əlbəttəki, bunlar arasında birliyin pozulmasına, orduda yekdil qərarlaşmaya mənfi təsir edir. Hazırda Qarabağdakı orduda Köçəryan və Saakyan tərəfdarları çoxluq təşkil edir. Bu da İrəvandan gələn göstərişlərin yerinə yetirilməməsi deməkdir. Bundan əlavə, separatçı rejim başçısı Bako Saakyanla Paşinyan arasında davam edən soyuqluğun silahlı müstəviyə keçməsi də mümkündür. Buna Bako Saakyan gedə bilər. Çünki ətrafı kriminallardan ibarətdir. Paşinyan oğlunu məhz Bako Saakyanla aralarında davam edən siyasi münaqişəyə görə Qarabağdan İrəvana gətirdi. Gələn il qondarma rejimdə seçkilər keçiriləcək. Paşinyan öz tərəfdarlarını bura yerləşdirməyə can atır. Buna Qarabağ klanı Bako Saakyanı qabağa verməklə müqavimət göstərir. Qarabağ hazırda Paşinyana qarşı əks-inqilab mərkəzidi. Hesab edirəm ki, bu problem daha da dərinləşəcək. Ölkəmiz bundan istifadə edib, lokal əməliyyat keçirə bilər. Ərazilərimizin işğaldan azad olunması üçün fürsət var. Çünki Saakyan rejimi cəbhədə təxribatlara əl atır. Bu təxribatların qarşısını almaq üçün mütləq şəkildə Azərbaycan ordusu hücum edib, əraziləri təmizləyə bilər. Siyasi iradə göstərmək lazımdır”.

 

Ümumiyyətlə, Paşinyan hökuməti “bir qarış da torpaq verməmək” ritorikasına tez-tez əl atır. Və belə olan halda sual yaranır: əgər torpaqların işğaldan azad edilməsi barədə danışılmırsa, o zaman Mnatsakanyanla onun azərbaycanlı həmkarı Məmmədyarov vaxtaşırı olaraq baş tutan görüşlərində saatlarla nədən danışırlar?

Axı münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçilərin bütün variantlarında ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması öz əksini tapıb. O cümlədən Azərbaycan üçün pis variant olan “Madrid prinsipləri” 5 rayonunun geri qaytarılmasını, daha 2 rayonunun isə Dağlıq Qarabağın yekun statusuna dair razılaşmadan sonra ən azından qismən boşaldılmasını nəzərdə tutur.

Bu qarşılıqlı ittihamlar isə Minsk Qrupunun bölgəyə səfərindən sonraya, Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüş ərəfəsinə təsadüf edir. Təbii ki, rəsmi Bakının bəyan etdiyi kimi, danışıqların görüntü naminə aparılmasının mənası yoxdur, irəliyə doğru addım isə ərazilərin işğaldan azad olunması şəraitində mümkündür. Əgər Ermənistan XİN rəhbəri ərazilərin qaytarılmasını mümkünsüz sayırsa, onda okeanın o tayında danışıq aparmağa yollanmaq da, sadəcə, vaxt itkisidir.

Azərbaycan XİN-in mətbuat katibi əvəzi Leyla Abdullayeva Ermənistan XİN rəhbərinin dedikləri ilə bağlı “Yeni Müsavat”a bunları söylədi: “Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı Ermənistanın silahlı qüvvələrinin çıxardılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların əsasını təşkil edir”.  

                    ****

Paşinyan  Vladimir Putin ile ilgili görsel sonucu

N.Paşinyanın məhz bu durumda Sankt-Peterburqdakı forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməsi də təsadüfi deyildi. Ermənistanın baş naziri heç şübhəsiz ki, Rusiya prezidenti ilə dostu R.Köçəryanı azad etməsindən sonrakı münasibətlərin perspektivi barədə danışıb. Düzdür, bu barədə hər hansı açıqlama verilməyib, ancaq Putin aylardır onu eşitməyən Paşinyanı qarşısında məzlum durumda görməkdən təbii ki, zövq alıb. Bundan əvvəl Dmitri Medvedyev İrəvana səfəri zamanı Paşinyanı aşağılamışdı. Erməni klanının revanşı bundan sonraya təsadüf etdi.

Maraqlıdır ki, Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu barədə xəbər yayılsa da, Moskva bunu təkzib etdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Qarabağ münaqişəsi ilə bağlı danışıqlar şərt qoyulmamışdı. Dünən ikitərəfli münasibətlər, ticarət və iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı söhbətlər olub”, - deyib.

Qeyd edək ki, bundan öncə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan tərəflərin Qarabağ məsələsinə də toxunduğu haqda məlumat yaymışdı.

Ermənistanın diaspora nazinin keçmiş müavini, “Milli gündəm” Partiyasının həmtəsisçisi Vardan Maraşlyan Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti həyasız bəyanatla çıxış edib. Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  Ermənistan-Diaspor- “Artsax” münasibətlərindən danışan sabiq nazir müavini Azərbaycanın işğal altındakı torpaqlarının təcili məskunlaşdırılması üçün xaricdəki erməni diasporunu, özəl sektoru xüsusi fəallıq göstərməyə çağırıb.  V.Maraşlyan bu günlərdə “Kaşataq rayonu”nda (Laçın, Qubadlı, Zəngilan rayon əraziləri) 15 kəndə baş çəkdiyini, oralarda məskunlaşmış Suriya və Livandan qaçqın ermənilərin problemləri ilə tanış olduğunu bildirərək deyib: “İsrail nümunəsi əsas götürülərək Qarabağda yaşamaq istəyən soydaşlarımız mənzil problemi ilə bağlı dəstək almalı,  onlara sosial güzəştlər edilməlidir. Onlar üçün aydın iqtisadi inkişaf modelləri yaradılmalıdır və s. Bu iş dövlət səviyyəsində inkişaf etdirilməlidir...”

Göründüyü kimi, ermənilər danışıqlardan, sadəcə, vaxt udmaq üçün yararlanırlar və torpaqların hərbi yolla qaytarılmasından başqa variant keçərli deyil. Elə həmsədrlərin Bakıda olduğu gün Azərbaycan zabitinin qətlə yetirilməsi də bizə başqa yol qoymur. Hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib ki,  Azərbaycan lokal hərbi əməliyyat keçirsə, Paşinyan hakimiyyətini itirəcək: “Hazırda Ermənistanda gedən proseslər, həmçinin Qarabağ klanının Paşinyana qarşı birləşməsi onu sərsəm və radikal hərəkətlər etməyə sövq edir. Onların əsas məqsədi Azərbaycanı sərt addımlar atmağa vadar edib müharibə başlatmaqdır. Çünki Azərbaycan tərəfi müharibəyə başlasa, bu, Paşinyan üçün ağır zərbə olar və onun hakimiyyətinin sonunu gətirər”.

İrəvanın yanlış siyasəti isə qarşı tərəfləri günbəgün müharibəyə yaxınlaşdırır...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"

5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb