“Minsk Qrupu buna öz münasibətini bildirməlidir”

10:37 08-06-2019 | icon 379 | Siyasət
“Minsk Qrupu buna öz münasibətini bildirməlidir”

“ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı heç bir müsbət addımı yoxdur. Hələ 1994-cü ildən atəşkəs sazişi imzalansa da, buna məhəl qoyulmur. Minsk qrupunun gözü önündə Azərbaycan mayorunu snayperlə vurub qətlə yetirsələr də, beynəlxalq qurum tərəfindən buna heç bir reaksiya vermədi. Bu qurum daha çox fəaliyyətsizliyi ilə diqqət çəkir. Təcavüzkar dövlət öz adı ilə çağrılmır və erməni terrorçuları Azərbaycan ərazilərində getdikcə azğınlaşırlar”.

 

Versus.Az xəbər verir ki, bu barədə "üç nöqtə"yə Qarabağla bağlı hazırkı durumu dəyərləndirən sabiq deputat Həvva Məmmədova bildirib. Onun sözlərinə görə, erməni özünü dünyaya nə qədər sülhsevər xalq kimi təqdim etməyə çalışsa da, ortada bunun əksini təsdiq edən faktlar qalır:

 

“30 ildir ki, Ermənistanın təcavüzü davam edir və Azərbaycanın flora və faunasına, insanların müqəddəs yerləri olan qəbiristanlıqlarına qarşı hər cür vandalizm həyata keçirirlər. İşğal altında qalan torpaqlarda abidələrimiz dağıdılır, restovrasiya adı ilə erməniləşdirilir”.

 

H.Məmmədova bildirib ki, Gülüstan, Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə insanlarımızın ən acı günləri başlayıb. İnsanlığa qarşı yönəldilmiş nə qədər böyük cinayətlər varsa, ermənilər tərəfindən Azərbaycana qarşı aparılır. H.Məmmədova ermənilərin Qarabağa köçürülmə siyasətini ermənilərin artım səviyyəsinin aşağı olması ilə də səciyyələndirib:

 

“Ermənilər yaxşı bilirlər ki, Azərbaycan öz torpaqlarını öz gücü ilə zorla da olsa işğaldan azad edəcək. Hətta heç nə olmasa da, bu cür işlərdən reklam düzəldib dünyaya göstərirlər ki, Qarabağda ermənilər yaşıyır, məskunlaşırlar. Fakt ondan ibarətdir ki, bu ərazilərə insanları köçürür və burda yaşamaları üçün onlara çoxlu vədlər verirlər”.

 

Ermənistanda gərginlik olduğunu deyən H.Məmmədova hesab edir ki, işğal olunmuş ərazilərdə sanatoriyalar yaratmaqla əhalinin başını qatırlar:

 

“Bu, eyni zamanda torpaqlar azad olunandan sonra ermənilərin “biz də bu yerlərin sakinləriyik, burda doğulmuşuq” şüarları ilə baş qaldıra bilmələrinin təminatı üçündür. Amma nə qədər sanatoriya açsalar da, bilirlər ki, burda müvqqəti məskunlaşıblar”.

 

H.Məmmədova hesab edir ki, ermənilərin bu ərazilərdə yeni istirahət zonaları açmalarına, yerləşmələrinə qarşı sərt reaksiyamız olmalıdır. ATƏT-in Minsk Qrupu buna öz münasibətini bildirməlidir.

 

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı