Yay qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə 

10:57 08-06-2019 | icon 397 | Təhsil
Yay qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə 

Ali və orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulu davam edir.

 

Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyunun 12-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi aktiv olacaq:

 

-Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixədək qeydiyyatdan keçməlidirlər.

 

-Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

-Buraxılış imtahanını vermiş, lakin martın 15-dən aprelin 15-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

Qeyd edək ki, qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmır.

Dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol