Təsdiqlənməyən diplomlarla bağlı Parlamentin qərarı nə olacaq?

12:00 14-07-2023 | icon 987 | Siyasət
Təsdiqlənməyən diplomlarla bağlı Parlamentin qərarı nə olacaq?

Razi Nurullayev: "Niyə nazirliyin günahı vətəndaşın üzərində qalmalıdır?"

 

"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom verib. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki Elm və Təhsil Nazirliyi o diplomları təsdiq etmir".

 
 
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasındakı çıxışında deputat Razi Nurullayev deyib.
 
 
Məsələ ilə bağlı səsləndirilən "qanunsuz işləyib, qanunsuz diplom verilib" və sair fikirləri absurd sayan R.Nurullayev "bu necə olub"-deyə, sual etdi:
 
 
"Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz ediblər? Onlar içərisində xeylisi, o cümlədən Cənubi Rusiya Humanitar Institutu var ki, Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yeirndə hər il stres yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki, bunlar məhv oldu ki... O lisenziyanı kim verib, dövlət, diplomu kim verib, dövlət, kim şərait yaradıb dövlət. Əizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır?"
 
 
Deputat bildirdi ki, bu məsələ mütləq həllini tapmalıdır. Çünki Elm və Təhsil Nazirliyinin bu cür yanaşması bu ölkədə böyük narazılıqlar yaradır:
 
 
"Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər.
Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Nazirlər kabineti bu məsələni həll edərdi məncə. Elm və Təhsil Nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq?! Mən parlamentdən kömək istəyirəm!"
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin