UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

14:02 08-06-2019 | icon 580 | Gündəm
UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır.

 

Versus.Az xəbər verir ki, BDU mətbuat xidmətinin məlumatına görə, Ölkədə və xaricdə keçirilən çoxsaylı elmi, mədəni və kütləvi tədbirlərlə yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında da beynəlxalq səviyyədə qeyd olunacaq. Bu məqsədlə, həmin gün rəsmi tədbir və sərgi təşkil olunacaq, konsert veriləcək. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini özündə dolğun şəkildə əks etdirəcək video-çarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək. 

 

Yubileydə Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, UNESCO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və  2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin