"Ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır"

15:01 08-06-2019 | icon 548 | Sağlamlıq
"Ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır"

Bu gün Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır.

 

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb: "Bu gün Azərbaycanın, hətta regionlarında da ürək əməliyyatları uğurla həyata keçirilir. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "Orqan transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Hazırda bu qanuna dəyişikliklərin edilməsi üçün iş aparılır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin