Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi

15:06 08-06-2019 | icon 451 | İdman
Bakıda Ümumdünya Velosiped Günü qeyd edildi

8 iyun – Ümumdünya Velosiped Günü ilə əlaqədar Bakıda daha bir velosiped yürüşü təşkil edilib.

 

Versus.Az-ın məlumatına görə, Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutan yürüşdə 50-dən artıq velosipedçi iştirak edib.

 

Veloyürüş iştirakçıları arasında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev və səfirlik əməkdaşları, digər xarici ölkələrin diplomatik nümayəndəliklərinin işçiləri, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları olub.

 

Tədbir Dövlət Bayrağı Meydanından başlamaqla Xalça Muzeyinin yanında başa çatıb. Qeyd edək ki, 2018-ci ilin aprel ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistan nümayəndə heyətinin təşəbbüsü və 56 ölkənin həmmüəllifliyi ilə 3 iyun tarixinin Ümumdünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı