“Onların sevincinə nail olmaq bizi xoşbəxt edir”

21:13 08-06-2019 | icon 1743 | Cəmiyyət
“Onların sevincinə nail olmaq bizi xoşbəxt edir”

Mətanət Quliyeva: “Gəlin bu insanların sosiallaşması üçün əlimizdən gələn köməyi əsirgəməyək”

 

Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi sağlamlığı məhdudiyyətli insanlarla görüşlərini davam etdirir.

 

Bu barədə Versus.Az-a Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Mətanət Quliyeva (Qüdsi) məlumat verib.

 

Birliyin sədri bu cür görüşləri davam etdirəcəklərini vurğulayıb:

 

“Şamaxı şəhər 2 saylı Psixonevraloji Sosial Xidmət müəssisəsində olduq. İnklüziv təşkilatın məqsədi əlilliyi olan, həm də tipik səxsləri bir araya gətirməkdir. Onların sevincinə nail olmağımız bizi xoşbəxt edir. İstərdim ki, hər kəs bu insanların sosiallaşması üçün əlindən gələni əsirgəməsin, hər ayın heç olmasa 1 gününü onlarla keçirək”.

 

Qeyd edək ki, tədbirdə əlilliyi olan ifaçılar, təşkilatın fəal könüllüləri, şən klounlar hər kəsi sevindirmək üçün bacarıqlarını ortaya qoyublar. Şamaxı şəhər 2 saylı Psixonevraloji Sosial Xidmət müəssisəsinin xoş münasibətdən sevinən bu insanları həmin günü xoş əhval-ruhiyyə ilə başa vurublar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi