"Rejimin bağladığı digər qeyri-qanuni xartiyalar da ləğv edilə bilər"

13:12 09-06-2019 | icon 342 | Siyasət
"Rejimin bağladığı digər qeyri-qanuni xartiyalar da ləğv edilə bilər"

Fransa məhkəməsinin separatçı Dağlıq Qarabağ rejimi ilə Fransanın Arnuvill şəhəri arasında qeyri-qanuni "Dostluq haqqında xartiya"nı ləğv etməklə bağlı qərarı təqdirəlayiqdir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.

 

S.Əliyeva bildirib ki, bu fakt deməyə əsas verir ki, bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək:

 

“Əlbəttə, Fransa cəmiyyətində, o cümlədən də bu ölkənin məhkəməsində ermənilərin yalanlarına inamsızlıq nümayiş etdirilməsi heç də təsadüfi deyil. Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması, regional və qlobal əməkdaşlığın dərinləşməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha vacib rol oynaması ölkəmiz barəsində müsbət imicin möhkəmlənməsinə öz təsirini göstərir.

Ölkəmiz həmçinin öz həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin yalanlarının qarşısını almağa nail olur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol