DİN-də prezident seçkiləri ilə əlaqədar geniş kollegiya iclası keçirilib

18:07 16-03-2018 | icon 122 | Hadisə
DİN-də prezident seçkiləri ilə əlaqədar geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində «Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və  qarşıda duran vəzifələr”ə və «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti”nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. Nazir ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə - Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb. O, bu il aprelin 11-də - səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi,  son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və  bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib. Ölkədəki mövcud kriminogen duruma toxunan nazir cari ilin ötən dövründə də cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini deyib.     

R.Usubov hər iki məsələ üzrə görülən işlərin qənaətbəxş olduğunu, əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu bildirib, tədbir  iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib. O, aprelin 11-də keçiriləcək Prezident seçkiləri zamanı ictimai asayişin təmininin, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməsinin, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması, təxribatların və  neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması, etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi sahəsində işlərin qısa müddətdə başa çatdırılması, səyyar qrupların işinin daha da sürətləndirilməsi müvafiq orqanların rəhbərlərindən tələb edilib.

Çıxışının sonunda nazir Ramil Usubov ölkə rəhbərliyinin respublika daxili işlər orqanlarına hər zaman ali diqqət və qayğı göstərdiyini, bunun növbəti əyani təzahürü kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdaşların, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının cari il mart ayının 1-dən artırıldığını məmnunluqla qeyd edərək buna görə minnətdarlığını bildirib. O, əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, yüksək etimadı doğrultmağa çalışacaq.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb