Səbail RİH-nin başçısı "Jurnalistlər binası"nın sakinləri ilə görüşüb
Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov "Jurnalistlər binası"nın sakinləri ilə görüş keçirib.
Versus.Az xəbər verir ki, görüşün məqsədi istifadəyə verilmiş iki bina sakinlərinin və ətraf ərazilərin problemləri ilə maraqlanmaq, onların həll olunması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir.
Zeynalov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində artıq jurnalistlər üçün iki bina istifadəyə verilib və üçüncü binanın tikintisi də başa çatmaq üzrədir:
"Bu baxımdan, media təmsilçilərinin qayğılarını öyrənmək, problemlərin həllində bilavasitə iştirakçı olmaq Səbail RİH-nin birbaşa vəzifələrindən biridir".
Jurnalistlərin təkliflərini dinləyən Vüqar Zeynalov onların hər biri ilə ayrı-ayrılıqda maraqlanacağını və qısa zamanda həll olunacağını bildirib.
Qeyd edək ki, jurnalistlərin müraciətləri əsasən sosial infrastruktur, abadlıq, yol, nəqliyyat, iaşə xidməti və digər məsələlərlə bağlı olub.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"