Bütün titulları mənimsəyə bilərsiniz, amma...

09:27 10-06-2019 | icon 865 | Köşə
Bütün titulları mənimsəyə bilərsiniz, amma...

O, şəhid olsun, siz isə kef çəkəsiniz?!

NƏZAKƏT MƏMMƏDOVA

/politoloq/

 

Bu gənc oğlan şəhid oldu, həyata əlvida dedi... Bir Allah şahiddir ki, hər şəhidə öz yaxınım, övladım kimi ürəyim yanır, göz yaşı tökürəm. Amma Elşən və onun kimilərinin ölümü nəyi dəyişdirir ki?! Hər şey heç nə olmamış kimi davam edir və edəcək...

 

Bəzi dövlət vəzifəsi tutanların mənasız və məntiqsiz davranışları, övladlarının lüks həyat tərzini utanmadan nümayiş etdirməsi, velosiped yarışları, dövləti xərçəng kimi sarmış korrupsiya, bir qismin lüks həyat, bir qismin isə səfalət içərisində yaşadığı təbəqələşmiş Azərbaycan...

Görəsən, bəziləri dərk edirmi ki, müharibə hələ başa çatmayıb, ölüm-qalım savaşı hələ irəlidədir?! Biz yaşamaq, sağ qalmaq üçün savaşa məhkumuq?!

Övladları bahalı həyat tərzini kasıb, yoxsul insanların gözünə soxanlar bu ölkənin vətəndaşı deyil?! Xalqın qanı-canı bahasına var-dövlət yığıb, utanmadan onu millətin gözünə soxanlar, siz nəyə nail olmaq istəyirsiniz?! Sizin kütbeyin, meşşan övladlarınızın bu kasıb gəncdən nəyi artıqdır ki, o, şəhid olsun, siz isə kef çəkəsiniz?!

 

Gec-tez əməllərinizə görə cavab verəcəksiniz, unutmayın! Hər şeyin bir əvvəli olduğu kimi, bir axırı da var! Siz bütün titulları mənimsəyə bilərsiniz. Amma unutmayın ən böyük titul Allahın hər bir bəndənin əməl dəftərinə yazdığı savab, bir də xalqın, millətin alqış-duasıdır. Onu qazana bilməmisizinsə, vay sizin halınıza!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol