“Xəstə tənbəllik edir, həkimə getmir, sonra da fəsadlar başlayır”

09:52 10-06-2019 | icon 75 | Sağlamlıq
“Xəstə tənbəllik edir, həkimə getmir, sonra da fəsadlar başlayır”

Nərminə Abbasova: “Təzyiqə nəzarət ev şəraitində olmalıdır, əks halda…”

 

Hipertoniya - qan təzyiqinin davamlı artmasıdır. Bu, həm müxtəlif xəstəliklərin davamı olaraq, həm də naməlum səbəblərdən yarana bilir.

 

Xəstəliyin növləri, əlamətləri, səbəbləri, müalicələri barədə Versus.Az-a Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi – həkim-terapevt Nərminə Abbasova danışıb.

 

Nərminə xanımın sözlərinə görə, ilk əlamətlər spesifik deyil, daha çox ümumi xarakter daşıyır:

 

“Xəstələrdə yorğunluq, baş ağrıları, başgicəllənmə, ürək nayihəsində, baş-boyun nayihəsində ağırlıq halları ola bilər. Hipertoniya özü növlərə bölünür. Arterial hipertenziya təzyiqin qalxmasıdır. Bu, müxtəlif xəstəliklərdə ola bilər. Məsələn, şəkərli diabet və böyrək xəstələrində, endokrinoloji xəstəliklərdə ola bilər, beyin travmalarından sonra müşahidə oluna bilər. Arterial hipertoniya növünün isə səbəbləri tam olaraq bilinməsə də, daha çox genetik faktorlara əsaslanır. Valideynlərdə olan bu təzyiq nəsillikcə keçə bilir. Bu, daha çox 40 yaşlarından sonra özünü biruzə verir. 40 yaşdan sonra insanların bəzilərində naməlum mənşəli arterial hipertoniya özünü göstərməyə başlayır. Bu, naməlum mənşəli hipertoniya essential hipertoniya adlanır.

Əsas xəstəliklərin simptomlarından biri təzyiqin qalxmasıdır. Burada proqnoz nisbətən daha yaxşıdır, çünki əsas xəstəliyi müalicə edəndə, məsələn, böyrək xəstəlikləri, şəkərli diabet və sairə xəstəlikləri müalicə edəndə, təzyiq də aşağı düşür. Bu vaxt təzyiqi nəzarətdə saxlamaq nisbətən asan olur. Amma essential hipertoniyanın mənşəyi bilinmədiyi üçün fəsadları daha böyük olur və müalicəsi daha çətin olur”.

 

Həkim onu da qeyd edib ki, Hipertoniyada üç orqanı yoxlamaq lazımdır: beyini, ürəyi və böyrəyi. Çünki ilk olaraq bu orqanlar zədələnir:

 

“Bu orqanların erkən zədələnmə faktorları var. Hipertoniya problemi olan insanlar kardioloqa müalicə etməlidir. Bu orqanların zədələnməsini erkən fazada bərpa etmək mümkündür. Geciksək, bu, erkən fazadan stabil formaya keçir və bərpa etmək mümkün olmur. Ümumiyyətlə, Avropa kardiologiya cəmiyyətinin tövsiyyələrinə görə, arterial hipertoniyası olan xəstələr təzyiqini ev şəraitində ölçməlidir. Çünki, xəstə hər dəfə həkimin yanına gələndə ağ xalatı görəndə təzyiq süni olaraq qalxa bilər. İlk dəfə analizlərin verilməsi və diaqnozun qoyulması üçün həkimə gedilməsi ayrı məsələdir, amma təzyiqə nəzarət ev şəraitində olmalıdır”.

 

Həkim bildirir ki, bu xəstələr 3-6 aydan bir müayinə üçün həkimə müraciət edə bilər:

 

“Xəstələrə müraciətlə demək istəyirəm ki, arterial hipertoniyanı müxtəlif bioloji aktiv maddələrlə müalicə etmək düzgün deyil. Həm Amerika, həm də Avropa kardiologiya cəmiyyətləri buna qadağa qoyub. Hətta, reseptlərdə həkimlərə bioloji aktiv maddələri yazmağa icazə vermirlər. Təəssüflər ki, bizdə televizor və reklamlarda yalandan hansısa xalq təbabətindən götürüldüyü deyilən bioloji aktiv maddələr göstərilir və insanlar normal müalicənin yerinə bu maddələri qəbul etməyə başlayır. Bunun nəticəsində isə fəsadlarla xəstəxanaya düşürlər”.

 

Gecikmiş və səhv müalicənin fəsadlarından danışan N.Abbasova deyir ki, gecikmiş müalicənin fəsadlarında bu gün birinci yerdə beyin qan dövranının pozulması durur. Daha sonra ürək qan dövranının pozulması, ürək çatışmazlığı problemləri gəlir:

 

“Bu xəstəliklərə nəzarət nisbətən mümkün olsa da, beyin qan dövranının pozulmasında isə ölüm halları və əlillik daha çox olur. Nisbətən az, amma yenə təhlükəli olan böyrək qan dövranının pozulmasıdır ki, xroniki böyrək çatışmazlığına gətirib çıxarır. Onlar da həftədə 2-3 dəfə dializ müalicəsi almalıdır. Bütün bunlar gecikmiş fəsadlardır.

Erkən fəsadlar haqqında danışsaq, beyin qan dövranının tam pozulması olmayaraq yarımçıq pozulması olur. Belə fəsadlar xəstələrin yaddaşının, danışıq qabiliyyətinin pozulmasına gətirib çıxarır. Bunun nəticəsində insan iş qabiliyyətini itirir. Bəzən görürəm ki, xəstə həkimə getməyib, amma aptek işçisindən soruşur ki, təzyiqim var, hansı dərmanı qəbul edim. Aptek işçisi də istifadə müddətinin bitməyinə az qalmış dərmanları verəcək. Satıcı həkim deyil. Xəstə tənbəllik edir, həkimə getmir, sonra da fəsadlarla xəstəxanaya reanimasiyaya düşür. Əhalinin özünün vaxtında həkimə müraciət etməməsi və xəstələrin hardasa eşitdiyi bioloji aktiv maddələri qəbul etməsi problemi mövcuddur. Hipertoniya ömürlük xəstəlikdir, bir qutu dərman atmaqla sağalan deyil. Belə səhvlərə tez-tez rast gəlirik”.

 

Yaşlılarda arterial hipertoniyanın daha çox olduğunu qeyd edən Nərminə xanım digər illərlə müqayisədə, gənclərdə arterial hipertenziyanın son vaxtlar daha çox olduğunun müşahidə edildiyini deyir. Onun sözlərinə görə, bunun səbəblərindən ən birincisi kimi stresin daha çox yayılmasını göstərmək olar. Hipertoniyanın isə bir nömrəli düşməni stresdir:

 

“Hipertoniya xəstəliyinin ağır formalarında xəstələrdə hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) formasında fəsadlar baş verə bilər. Bu çox təhlükəli haldır ki, insultla, infarktla və hətta ölümlə də nəticələnə bilər. Hipertonik krizlərin baş vermə səbəbləri psixiki travmalar və həyacanlanmalar, mənfi emosiyalar, havanın (atmosfer təzyiqinin, havanın temperatu və nəmliyinin) kəskin şəkildə dəyişməsi və göstərmək olar. Hipertonik krizin əlamətləri bunlardır: kəskin baş ağrısı, başgicəllənməsi, ürəkdöyünmə, ürək nahiyəsində ağrıların olması, ürəkbulanma, qusma, görmənin pozulması (gözlərin qarşısında duman və s.), həddindən artıq dərəcədə həyəcanlılıq və ya tormozlanmanın olması, yuxululuq, bəzi hallarda qıcolmalar, huşun itirilməsi”.

 

Həkim onu da vurğuladı ki, Azərbaycan hipertoniya xəstəliyinə görə dünya ölkələri arasında orta yerlərdən birini tutur. Ancaq xəstəlik ölkəmizdə də get-gedə inkişaf etməkdə, hipertonik xəstələrin sayı çoxalmaqdadır.

 

QEYD:
Xəstəlik tədricən inkişaf edir. Yəni əvvəl gizli gedir, sonra birinci mərhələ başlayır. Bu, müalicə olunmadıqda xəstəlik ikinci mərhələyə, daha sonra üçüncü mərhələyə keçir. Get-gedə artıq orqanlar - böyrəklər, beyin, ürək bu prosesə cəlb olunur. Sanki bu xəstəlik ateroskleroz xəstəliyini sürətləndirir.

 

DİQQƏT!

Əgər siz Allergiya və Astma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq