Onlayn tədbir keçiriləcək

10:31 10-06-2019 | icon 511 | İqtisadiyyat
Onlayn tədbir keçiriləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 12-də sahibkarlar üçün növbəti onlayn maarifləndirici tədbir keçiriləcək.

 

KOBİA-dan Versus.Az-a verilən məlumata görə, bu dəfəki maarifləndirici tədbir sahibkarların kommunal xidmətlərə qoşulması və bu sahədə həyata keçirilən xidmətlərə həsr olunacaqdır.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, “Azərenerji” ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri müvafiq sahələrdə kommunal xiddmətlərə qoşulma, bu sahədə göstərilən xidmətlər, qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarların suallarını cavablandıracaqlar.

 

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə olunmaqla qoşulmaq mümkündür.

KOBİA-nın ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

 

Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlarin-kommunal-xidmtlr-qosulmasina-dair-onlayn-tdbir-kecirilck

 

Qeyd edək ki, KOBİA-ya sahibkarlardan daxil olan müraciətləri və onların məlumatlandırmaya olan ehtiyaclarını nəzərə alaraq mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək təşkil olunmuş onlayn maarifləndirici tədbirlərdən 1500-dən çox sahibkar yararlanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin