"MİRİBİŞ AĞA"NIN QALOŞU

18:03 10-06-2019 | icon 996 | Köşə
"MİRİBİŞ AĞA"NIN QALOŞU

VƏ ALTERNATİV QÜVVƏ OLAN YARDIMLI SEYİDLƏRİ

İGİD TEYMURLU

 

YARDIMLI SEYİDLƏRİ də elə avtobuslara əl uzatmağı bilir.! Odu ee, Miribişin qaloşu da öz biznesini qurub!!!


Goranboyda 30 il bundan əqdəm o dünyaya köç edən "Miribiş ağanın qaloşuna indi üz-gözünü sürtməklə bu dünyanın dadını çıxaranlara var. Pul, para da ...lap elə SİZ deyən qədər.


Siz də hələ yatın...
Siz də bir hərəkət edin də, ay Allah evinizi zad eləsin....
Bəlkə elə sizin də şəpitlərinizin sayəsində gözdən könüldən uzaq düşən binəva Yardımlı əhli bir ağ günə çıxacaq. BƏLKƏ ELƏ;


Bəlkə elə sizin qaloşunuzun sayəsində indi yubileyini bütün Qafqaz boyu keçirmək istəyən məşədi, kərbəlayi, hacı Şeyxülislam Allahşükükür Paşazadə həzrətləri də bu beqafıl dünyadan xəbərdar olub, öz çəkələklərini işə salacaq....
Bəlkə elə Sizin qaloşunuzun SAYƏSİNDƏ Yardımlıya da qaz çəkən oldu, Yardımlıya da yol çəkən oldu, Yardımlıda da iş yeri açıldı...


Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da məktəblərə gedən tapıldı..
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da təzə işıq dirəkləri basdırıldı..
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıya da telefon xətti çəkildi...
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da bir qəzet jurnal oxuyan tapıldı..
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da idmana qayğı göstərildi...
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da vətənpərvərlik ruhunu qaldırmaq üçün ictimai müəssisələrdə (var ki???) döyüşçülərlə, veteranlarla, ictimai-siyasi xadimlərlə görüşlər təşkil edildi...


Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da Bakı-Yardımlı marşrutunu tənzimləyən bir Miribiş ortaya çıxdı...


Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlının məmur tayfası da xalqa necə xidmət etməyin təfərrüatlarını öyrənə bildilər...


Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda İran mollalarının təsiri altında Qumda təhsil alanlarımızın SİĞƏ BİZNESİnə bir son qoyuldu...
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Yardımlıda da ölünü "yerdən götürmək" üstündə təndirdə ütülmüş dava ağacıyla bir-birini duelə çağıran mollalarımızın, şeyidlərimizin qardaş qırğınına, "obyekt" davalarına bir son qoyuldu...
Bəlkə elə Sizin qaloşunuzun sayəsində Alçabulaq, Odurağaran yoluna Allahın əta etdiyi o Viləşin yan-yörəsindəki çınqıldan tökən tapıldı....
Haydı Yardımlı seyidləri, qonşudan dala qalmaq vaxtı deyil. Hərəkət zamanıdır.....
Gör bizi nə günə saldılar!!


Əcəba, itirilmiş torpaqlarımızı "Miribiş ağa"nın qaloşundan kömək umanlarmı azad edəcək?! Vay bizim halımıza!!!
Və kül sizin təpənizə də, Miribişinizin də....
Ən yaxşısı YARDIMLI SEYİDLƏRİNİN TÜPÜRCƏYİdir, opiorfinlə zəngindir, bütün qada-balanızı aparacaq, xəstələr sağalacaq, doğmayanlar cüt-cüt dolacaq, düşmənlərin üstünə uçan ilanlar önləndiriləcək...
Kül sizin təpənizə....Adamın Sözə heyfi gəlir vallahi...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür