“Microsoft Imagine Cup” müsabiqəsinin seçim mərhələsi ilə bağlı tədbir keçirilib

18:36 16-03-2018 | icon 561 | İqtisadiyyat
“Microsoft Imagine Cup” müsabiqəsinin seçim mərhələsi ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"nda "Microsoft Imagine Cup" texnologiya müsabiqəsinin yerli seçim mərhələsi ilə bağlı tədbir keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Versus.az-a verilən məlumata görə, “Microsoft Imagine Cup” - dünya tələbələri arasında hər il keçirilən böyük miqyaslı innovasiya müsabiqəsidir. Müsabiqənin əsas məqsədi gənc istedadların potensiallarını üzə çıxarmaq, ideyalarını reallaşdırmaq və beynəlxalq İKT arenasında təqdim etməsinə dəstək göstərməkdir.

Tədbirdə qeyd olunub ki, artıq 4-cü dəfə Azərbaycanda keçirilən bu müsabiqənin builki şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, yeni qaydalara əsasən, müsabiqədə iştirak edəcək layihələrin bir elementi "Microsoft"un "Azure" bulud məkanında yerləşdirilməlidir. Bundan başqa, mayda keçiriləcək regional yarımfinalda isə artıq bir deyil, iki komanda iştirak edə bilər.

Qalib komanda isə iyulda ABŞ-da keçiriləcək beynəlxalq finalda iştirak edəcək və müsabiqənin əsasən mükafatı - 100 000 dolları uğrunda mübarizə aparacaq.

Milli turda iştirak etmək üçün artıq 20-dən çox komanda qeydiyyatdan keçib ki, layihələr aprelin sonunda qiymətləndiriləcək.

Qeyd edək ki, "Microsoft Imagine Cup" müsabiqəsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Müəllif Hüquqları Dövlət Agentliyi, "Nar" və "Paşa Bank" dəstək göstərirlər.

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin