Meyvə şirələri yeməkdən 30-40 dəqiqə əvvəl içilməlidir

07:59 11-06-2019 | icon 442 | Sağlamlıq
Meyvə şirələri yeməkdən 30-40 dəqiqə əvvəl içilməlidir

Meyvə şirələrinin tərkibində olan vitaminlər, mineral duzlar, mikroelementlər və digər qida komponentləri insan orqanizmi üçün faydalıdır. Onlar həm təbii, həm də qablaşdırılmış formalarda hazırlanır. Meyvə şirələri düzgün qəbul edilməyəndə isə orqanizmə heç bir fayda vermir.

 

Versus.Az xəbər verir ki, diyetoloq Ləman Süleymanova bildirib ki, meyvə şirələri çəkiləndən sonra uzun müddət saxlanılmamalıdır: "Təzə çəkilmiş şirə həmin müddətdən artıq qalanda tərkibindəki bioloji maddələr dağılır. Həmin şirələri yeməkdən ən azı 30-40 dəqiqə əvvəl içmək daha faydalıdır, çünki bu zaman orqanizm onu daha tez sorur və biokimyəvi proseslər asan gedir. Yeməkdən dərhal sonra şirə içmək, xüsusilə meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Qəbul edilmiş qidanın meyvə şirəsi ilə qarışması bağırsaqlarda köp yaranmasına səbəb olur".

O, daha sonra deyib: "Alma şirələrinin tərkibində olan pektin maddəsi orqanizmdə şlakların, yəni yoğun bağırsaqda toplanan həzm olunmamış qida qalıqlarının parçalanmasına kömək edir. Ona görə də fitneslə məşğul olanların və ya çəki problemi ilə üzləşənlərin alma şirəsi qəbul etməsi məsləhətdir".

Çəyirdəkli meyvələrin - ərik, zoğal, gavalı, şaftalı meyvələrinin şirəsini digər şirələrlə qarışdırmaq məsləhət görülmür. Diyetoloqun fikrincə, təbii meyvə şirələri ilə yanaşı qablaşdırılmış şirələrdən də istifadə edərkən diqqət yetirilməli bir sıra məqamlar var: "Qablaşdırılmış meyvə şirələri bir sıra texniki emal prosesləri keçdikdən sonra müəyyən banka, butulka və ya qablara yığılır. Daha yaxşısı təktərkibli meyvə şirələrinin qəbul edilməsidir".

 

Tumlu meyvələrin - alma, armud və üzüm meyvələrinin şirəsini isə digər şirələrlə qarışdırmaq olar.

 

Versus.A

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür