Şamaxıda film kimi olay

20:21 11-06-2019 | icon 524 | Gündəm
Şamaxıda film kimi olay

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sahib Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Versus.Az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə S.Zeynalov 6 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində kənd sakini Sahib Zeynalov dava zamanı həmkəndlisi və qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirib. Davada 10 nəfərdən artıq şəxs iştirak edib. Kütləvi davanın səbəbi isə illər əvvəl baş verən qətl hadisəsi olub. Həbib Qafarovun qardaşı 2008-ci ildə məclislərin birində mübahisə zəminində Sahib Zeynalovun qardaşını qətlə yetirib. Bu hadisədən sonra ailələr arasında düşmənçilik münasibəti yaranıb. Qafarovlar ailəsi kəndi tərk etmək məcburiyyətində qalıb və 10 il sonra kəndə qayıdıb. Zeynalovlar Qafarovların həyətinə gələrək onlardan kəndi tərk etmələrini istəyib, istədikləri cavabı almayan zaman mübahisə və kütləvi dava başlayıb. Dava zamanı Həbib Qafarov və oğlu döyülüb. Ciddi xəsarəti isə Həbib Qafarov alıb.

 

Bu hadisədən sonra davada iştirak edən şəxslər barəsində Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb. Həmin şəxslər cərimələnib. Yalnız Sahib Zeynalov barəsində iş ayrıca icraata verilib və ona daha ağır maddə ilə ittiham irəli sürülüb.

 

Daha sonra ona qarşı ittiham irəli sürülən maddə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”