Yerdə nəhəng krater aşkarlandı

20:33 11-06-2019 | icon 613 | Maraqlı
Yerdə nəhəng krater aşkarlandı

Oksford və Aberdin Universitetinin alimləri nəhəng asteroid toqquşması nəticəsində meydana gəlmiş qədim krater aşkarlayıb.

 

Britaniya ərazisinə düşmüş ən böyük asteroidin yaratdığı krater Şotlandiya və Xarici Hebrid Adaları arasında olan dəniz dibində yerləşir.

Bu barədə “The Guardian” məlumat yayıb.

 

Tədqiqatçılar toqquşma izlərini mezoproterozoy (1,6-1 milyard il əvvəl) dövrünə aidə 10-15 metr qalınlıqlı qırmızımtıl qaya təbəqəsində olan kvars kristalları əsasında aşkarlayıb. Bölgədə meteoritlər üçün xarakteri olan yüksək miqdarda platin və palladiumun olduğu müəyyən edilib.

 

Kraterin yerini isə alimlər zərbə nəticəsində ətrafa səpələnmiş toz və daşların izi ilə tapıb. Hesablamalara görə, toqquşma 1,2 milyard il əvvəl baş verib. Kosmik obyektin sürətinin saatda 60 min kilometrə yaxın olduğu ehtimal edilir. Nəticədə, 14-20 kilometr genişlikdə krater meydana gəlib. Asteroid toqquşmasının izləri dənizin 200 metrlik dərinliyində yerləşir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı