"Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək

00:41 12-06-2019 | icon 534 | Mədəniyyət
"Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək.

 

Versus.Az xəbər verir ki, teatrdan verilən məlumata görə, budəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub.  

Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış etmiş, Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şeyx Sənan ("Şeyx Sənan"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdu.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və b. ifa edəcəklər.

 

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı