"Danışıqlar prosesini sabote etmək, zaman qazanmaq niyyətləri güdülür"

13:59 12-06-2019 | icon 98 | Geopolitika
"Danışıqlar prosesini sabote etmək, zaman qazanmaq niyyətləri güdülür"

"Azərbaycan hələ ki, müharibəyə baş vurmağa tələsmir”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

Q.Hüseynli bildirib ki, bu gün Qarabağ danışıqları dondurulmuş kimidir. Ermənistan Qarabağ danışıqlarında iki ölkə başçılarının müzakirəsindən imtina edir və torpaq məsələlərini yalnız qondarma rejimin siyasi rəhbərliyi ilə müzakirə etməyin mümkün olduğunu söyləyir.

Politoloq hesab edir ki, bu, Rusiya tərəfindən əyyarı verilmiş bir yanaşmadır və danışıqlar prosesinin indiyədək yaradılmış mexanizmini sındırıb dağıtmaq cəhdidir. Bütövlükdə isə danışıqlar prosesini sabote etmək, zaman qazanmaq niyyətləri güdülür:

 

“Bu zaman ərzində isə ermənilər işğal edilmiş torpaqlarda məskunlaşma siyasətini aparır, fauna və floramızı çalıb, çapıb dağıdırlar. Ermənilər torpaqlarımızda sözün əsl mənasında barbarlıq edirlər. Kəlbəcərin İsti su bölgəsində müasir tipli zavod tikib, dünyada tayı bərabəri olmayan isti suyu qablaşdıraraq "Germuk suyu" adı altında Qərbu Avropaya idxal edirlər. Hansı ki, hazırda Ermənistan ərazisi sayılan və vaxtilə Zəngzur bölgəsində həmin adda su çıxrılırdı. Bu sözün əsl mənasında acınacaqlı faktdır və getdikcə də sərvətlərimizin bu cür barbarcasına mənimsənilməsi prosesi genişlənir”.

 

Politoloq bildirib ki, Paşinyanın gəlişi ilə proses daha da radikallaşıb və ortada danışıqları imitasiya edən müəyyən hərəkətlər var. Başqa bir proses yoxdur.

 

Q.Hüseynli son vaxtlar Ermənistanda “klanlar” arasında yaşanan gərginliyin Azərbaycanın Qarabağın işğaldan azad etmə siyasəti üçün bir şans yaratması ilə bağlı mülahizələrə də toxunub. O, son 5-6 ay ərzində Paşinyanın küçə oyunu ilə hakimiyyətə gəlişi zamanı da torpaqlarımızı azad etmək imkanımızın yaranmasını qüyd edib. Onun sözlərinə görə, Paşinyan Sarkisyanı istefaya göndərəndə də küçələrdə gərginlik var idi və diqqət hakimiyyət çəkişməsi məsələlərinə yönəlmişdi. O zaman vəziyyət daha əlverişli idi və Azərbaycan bu əlverişli vəziyyətdən istifadə etməli idi. Q.Hüseynli deyib ki, vaxtilə Azərbyacan 7 rayonu itirərkən daxildə hakimiyyət dəyişikliyi ilə bağlı proseslər gedirdi və bizdə də qarışıqlıq, qarşıdua, vətəndaş müharibəsi doğuracaq bir situasiya yaranmışdı. Belə bir vəziyyət çox acınacaqlı şərait yaratdı və gözümüzün qarşısında torpaqlar əldən çıxıb getdi. Politoloq bütün hallarda torpaqları işğaldan azad etmək üçün “şərait” məsələsinə köklənməyin əleyhinəyəm. Onun fikrincə, Azərbaycan “O şərait” məsələsinə köklənsə, düzgün hərbi strategiyanı qura bilməz. Politoloq bildirib ki, Qarabağ klanı ilə Paşinyanın tərəfdarları arasında müəyyən fikir ayrılıqları var, amma müharibəyə başlasaq hamısı bizə qarşı birləşəcək:

 

“Əsas məsələ odur ki, dövlət, cəmiyyət, ordu hər an, hər dəqiqə müharibəyə hazır olmalıdır. Ölkədə ciddi müharibə və torpaqların geri qaytarılması təlimatı aparılmalıdır. Ölkə vətən müharibəsi əhval-ruhiyyəsi ilə yaşamalı, cəmiyyət bütünlükdə torpaqların azad olunmasına köklənməli və insanlar həvəslə döyüşə getmək üçün hərbi hazırlıq keçməlidir. Dövlət bu istiqamətdə saat mexanimi kimi işləməli, ölkədə neqativ halların kökü amansızlıqla kəsilməli və ölkədən gəlir mənbəyi kimi istifadə edən adamlar ən ağır formada cəzalanmalıdırlar”.

 

Q.Hüseynli son vaxtlar işğalçının açıq şəkildə Azərbaycana hədələr yağdıraraq, ittihamlayıcı çıxışlarını və ictimai-suyasi camiyədə az qala özümüzü dünyaya yaxşı göstərmək naminə etdiyimiz çabaların nəhayətdə bir sonunun olacağını bəyanayıb. Bildirib ki, düşmən bizə qarşı hər cür fitnə-fəsad qurub, hər cür çamurdan istifadə edə bilər:

 

“Biz özümüzə bir çəki-düzən verməyə çalışmalıyıq. Avropa Şurası ilə saziş məhz Qarabağ üzündən imzalanmadı. Danışıqlar davam etdirilir və Azərbaycan bilməlidir ki, Rusiyadan ona heç bir xeyir gəlməyəcək, Rusiya ilə dostluq, ikitərəfli münasibətlər qorunub saxlanılmalıdır, amma Avropa Birliyi ilə saziş imzalamalı və bu sazişdə nəzərdə tutulan müddüəların yerinə yetirilməsi üşün səy göstərilməlidir. Yəni Avropanın, Qərbin timsalında biz uğurlu müttəfiq qazanmalıyıq. Halbuki, Ermənistan bu sazişi hələ Sarkisyanın dövrndə imzalamışdı. Mən başa düşürəm ki, ölkədə ciddi islahatlar aparılır, ciddi dəyişikliklər, struktur, idarəetmə islahatları aparılır. Lakin bu islahatlarla yanaşı xarici siyasət strategiyamızda da müəyyən korrektələr edilməli, Avropa, Amerika ilə münasibətlərin sürətlə inkişaf etməsinə imkanlar yaradılmalıdır ki, bunun üçün də imkanlar çoxdur. Azərbaycan Qərbə lazım olan ölkədir, Azərbaycanın neft və mavi qaz ehtiyatları Avropa bazarlarına gedir. Üstəlik artq biz iki qitəni birləşdirən böyük bir dəmir yolu layihəsini reallaşdırırıq və böyük bir ehtimalla gələcəkdə Qzaxıstan və Türmənistan qazının, eləcə də Çindən gələn yük daşımalarını da həyata keçirməkə Azərbaycanın strateji xeyrini xeyli artıracağıq, Azrbaycanın gələcəyinə inam böyükdür. Amma bütün bunlarla yanaşı neft və qaz ixracatının yaratdığı eyforiyadan uzaqlaşıb, erməni təcavüzüün nəticələrinin aradan qaldırılması üçün ən düzgün variantların seçilməsinə cəhd edilməlidir”.

 

Politoloq bildirib ki, bu gün Azərbaycan çox asanlıqla işğal olunmuş əraziləri azad edə bilər. Amma Rusiyanın bununla bağlı müəyyən təsirləri, təhdidləri olduğuna görə hələ ki, Azərbaycan müharibəyə baş vurmağa tələsmir. Rusiya ekspertləri müharibə təhlkəsindən danışır və deyilir ki, ermənilər Azərbaycanı müharibə təhrik edir:

 

“Düşmən bizə başqa yol buraxmayıb. Danışıqların predmeti ilə bağlı yaranmış vəziyyətdə Rusiya bir avaz oxuyur, Ermənistan tamamilə başqa bir avaz. Beynəlxalq qurumların, xüsusən də ATƏT-in Minsk qrupunun üzvləri də problemlərin həllinə kömək etməyən amildir. bu baxımdan da Azərbaycanın müharbə ehtimalı görünməkdədir. O üzdən də bir ayda 4 dəfə hərbi təlimlərin keçirilməsi, müharibə şəraitinin yaxşılaşdırılması, keçilən təlimlərdə döyüş atışlarından istifadə edilməsi, Naxçıvanda Türkiyə ilə birlikdə hərbi təlimlərin keçirilməsi və sair bütün bunların hamısı onu deməyə əsas verir ki, Azərbaycan yayı çəkilmiş oxdur, oxu buraxmaq lazımdır ki, qarşısındakını silib - süpürüb aparsın. Bir şeyi də anlamalıyıq ki, Şimalda kifayət qədər təhlükəli beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən və son dərəcə aqressiv bir dövlət var onların sui-qəsdlərindən də özümüzü qorumalıyıq"./"üç nöqtə"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

Jurnalistin qardaşının evi yenə qarət edildi

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb