Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

14:50 12-06-2019 | icon 240 | Cəmiyyət
Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair təsdiq etdiyi əsasnamələrlə Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirilib, artıq maneələr aradan qaldırılıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

 

Onun sözlərinə görə, elmi adların və dərəcələrin verilməsinə dair təsdiq olunan əsasnamələr Azərbaycanın dövlət səviyyəsində aparılan elm siyasətinin daha bir uğurudur:

“Etiraf edək ki, bundan əvvəl - 2006-cı ildə qəbul edilmiş əsasnamə SSRİ dövründə mövcud olan elmi adlar və dərəcələr haqqında sənədin kosmetik dəyişikliyi sayəsində hazırlanmışdı. Ancaq yeni təsdiqlənən sənədlər müstəqillik dövrünün elmi adlar və dərəcələrə dair birinci əsasnamədir”.

 

Yeni əsasnamələrdə çoxlu sayda yeniliklərin olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, bunların arasında ən mühümü dissertasiyaların sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə əlaqədardır:

“Eyni zamanda, icra prosedurlarının da sadələşdirilməsinə dair də addımlar atılıb. Məsələn, əvvəl doktorluq dissertasiyaları iki dəfə Ali Attestasiya Komissiyasına (AAK) təqdim olunurdu. Dissertasiya işinin hətta bir dəfə AAK-a təqdim olunub müdafiəyə tövsiyə olunması barədə qərar verilirdi, ikinci dəfə isə anlaşılmaz şəkildə işin təsdiq olunması barədə qərar qəbul edilirdi. Bu, tamam formal bir mərhələ idi və doktorantların zərərinə idi. Bu əsasnaməyə görə isə doktorluq dissertasiyası müdafiə olunduqdan sonra bir dəfə AAK-a təqdim olunacaq. Bundan başqa, dissertant üçün müəyyən edilən aparıcı müəssisənin adı bəzən sənədlərdə formal şəkildə yazılırdı. İndiki əsasnamədə bu formal proses də aradan qaldırılıb”.

 

İ.Həbibbəyli qeyd edib ki, yeni əsasnamədə dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların seçilməsi ilə bağlı da dəyişiklik edilib:

“İndiyə qədər dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların ən yüksək dərəcəsi nəzərdə tutulurdu. Bu isə bir çox elm, xüsusilə ictimai və humanitar sahələrdə mümkün deyildi. Bu hal istər-istəməz saxtakarlığa, süründürməçiliyə yol açırdı. İndi impakt faktorlu jurnalların dərəcəsi xeyli, reallığa uyğun şəkidə aşağı endirildi. Bu yenilik dissertantlara həm öz məqalələrini həmin nəşrlərdə çap etdirməsinə yol açır, həm də saxtakarlığı tamamilə aradan qaldırır. Ümumiyyətlə, prosedurların və sənədləşmənin sadələşdirilməsi, artıq maneələrin aradan qaldırılması ölkəmizdə elmi kadrların, yüksək səviyyəli mütəxəcəssislərin hazırlanmasının yeni mərhələsinin başlanmasına stimul verəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Jurnalistin qardaşının evi yenə qarət edildi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi