London aeroportunda “Brexit” lağa qoyuldu

14:57 12-06-2019 | icon 621 | Maraqlı
London aeroportunda “Brexit” lağa qoyuldu

Britaniyanın məşhur strit-art rəssamı Benksinin yeni qrafitisi Londonun Hitrou hava limanında peyda olub.

 

Rəssamın rəsmi “Instagram” səhifəsində dərc olunan fotoşəkildə Avropa İttifaqından gələn sərnişinlərin gömrük yoxlamasına aparan qapalı giriş təsvir olunub. Bağlı qapının üzərində “Keep Out” (giriş qadağandır) yazısından qopmuş “T” hərfi ilə siçovul qapının qıfılını sındırmağa çalışır.

 

Qrafiti təkcə 12 saat ərzində sosial şəbəkədə 700 mindən çox layk toplayıb.

 

Qeyd edək ki, Benksi sirli-rəssam, təxribatçı-yumoristdir, o ümumiyyətlə yeni trend ərsəyə gətirərək, küçə incəsənəti haqqında yeni ictimai rəy formalaşdırıb. Onun əsərlərində başlıca olaraq siyasət, müharibələr, kapitalizmin çirkin tərəfləri pislənilir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI