Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

16:43 12-06-2019 | icon 682 | Siyasət
Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

Millət vəkili, AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun - Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib və alimlərə, ziyalılara çağırış edib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru professor Oqtay Səmədov, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva bildiriblər ki, 15 iyun xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

 

Taleyin hökmü ilə sınaqlara çəkilən, parçalanmaq həddinə çatan dünya azərbaycanlılarının ümid yeri - Vətənimiz Azərbaycan 1993-cü ilin əvvəllərində ağır vəziyyətlə  üzləşmişdir. Lakin bu çətin məqamda Heydər Əliyev xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da xilaskarlıq missiyası ilə Bakıya qayıtmış və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilərək bir daha öz xalqına ləyaqətlə xidmətə başlamışdır və ölkəmizi inkişaf etdirmişdir. Bu gün isə ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz böyük uğurlar qazanır.

 

Tədbirdə millət vəkili AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva 15 iyun - Milli Qurtuluş gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. O, 15 iyun - Milli Qurtuluş günü, onun tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ümummilli liderdən örnək almağa, yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarından və hər şeydən üstün tutmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb.

 

Millət vəkili Q.Paşayeva bildirdi ki, kişi alimlərimiz və qadın alimlərimiz birlikdə bir ziyalı olaraq böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq, eyni zamanda elm sahəsindəki uğurlarımızın daha da artmasına böyük ehtiyac var və inanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə getdikcə daha da artan diqqəti və dəstəyindən yararlanaraq daha da böyük uğurlara imza ata biləcəklər.

 

Millət vəkili Q.Paşayeva bildirib ki, həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanındadır, onların uğurlarının və fəaliyyətinin KİV-də geniş şəkildə təbliğ olunmasının böyüyən gənc oğlan və qızlarımız üçün vacibliyini vurğulayaraq bu məsələyə xüsusi diqqət yetirilməlidir. Millət vəkili Q.Paşayeva AMEA-nın Radiasiya Problemləri İnstitutunda uzun illər uğurlu fəaliyyət göstərmiş alimlərimizlə söhbətlərində sizin ölkəmiz və xalqımız üçün fəaliyyətiniz hamımız, xüsusilə minlərlə oğlan və qızlarımız üçün ən gözəl örnəklərdənsiniz deyib.

 

Tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova iştirak edib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər