İki hərəkat arasında ilkin razılıq əldə edilib

17:11 12-06-2019 | icon 1116 | Siyasət
İki hərəkat arasında ilkin razılıq əldə edilib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) qərargahında Azərbaycan Xalq Hərəkatının (AXH) dönəm sədri, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu, AXH İdarə Heyətinin üzvü, Alov Partiyasının sədri Rza Səfərsoy, AXH İdarə Heyətinin üzvü, Azad Azərbaycan Partiyasının (AAP) sədri Həsən Həsənov və AXH İdarə Heyətinin üzvü, ALDP sədri Fuad Əliyev Bəyaz Hərəkatının təşkilat komitəsinin sədri Hürrü Əliyevlə görüşüblər.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Hürrü Əliyev Bəyaz Hərəkatın yaranması və fəaliyyətilə bağlı məlumat verərək, AXH-nı Bəyaz Hərəkatın iyunun 24-də təyin etdiyi “Birlik Yürüşü"nə dəvət edib.

 

AXH İdarə Heyətinin üzvləri bu dəvəti məmnuniyətlə qəbul etdiklərini bildiriblər.

Görüşdə “Birlik Yürüşü”ndə və AXH-nin iyulun 20-nə təyin olunan Qarabağ mitinqində birgə iştrakla bağlı ilkin razılıq əldə olunub.

 

AXH və Bəyaz Hərəkatın gələcəkdə birgə fəaliyyətlərilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Fuad Əliyev Hürrü Əliyevə “ALDP-20” yübiley hədiyyələri təqdim edib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

Rusiya Fransanı ciddi qəbul etmir?

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər