“Təhsil Liqası”na yekun vuruldu

22:57 12-06-2019 | icon 636 | Təhsil
“Təhsil Liqası”na yekun vuruldu

Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə U-8 və U-9 futbol komandaları arasında yarışların final oyunları keçirilib.

 

Versus.Az xəbər verir ki, Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərdə keçirilən yarışlarda U-8 liqası üzrə birinci yerə “Keşlə” futbol klubunun komandası layiq görülüb. İkinci yeri “Sabah” klubunun, üçüncü yeri isə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutublar.

 

U-9 liqası üzrə yarışın qalibi isə “Sabah” klubunun komandası olub. Sonrakı iki yerə “Vətən” İdman Liseyinin və “Keşlə” klubunun təmsilçiləri layiq görülüblər.

 

Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

 

Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılmasından ibarətdir.

 

Verses.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı