"İran müharibəni birinci başlatmayacaq"

08:23 13-06-2019 | icon 494 | Dünya
"İran müharibəni birinci başlatmayacaq"

İran müharibəni birinci başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

 

Versus.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşün yekunları üzrə deyib.

H.Ruhani bildirib:

 

"İran regionun və dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan razılaşmaya sadiqliyini qoruyacaq (red. - Tehranın nüvə proqramı üzrə). Həm Tehran, həm də Tokio nüvə silahına qarşıdırlar".

 

İran prezidenti qeyd edib ki, ABŞ onun ölkəsinə qarşı iqtisadi müharibəni dayandırsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklər mümkündür:

"Əgər biz bu gün regionda gərginlik görürüksə, bunun əsas səbəbi ABŞ-ın İran millətinə qarşı həyata keçirdiyi iqtisadi müharibədir. Bu müharibə bitəndən sonra, biz regionda və dünyada müsbət hadisələrin şahidi olacayıq".

 

H.Ruhani həmçinin bildirib ki, Yaponiya İran neftini almağa davam etmək istəyir.

Qeyd edək ki, Yaponiya ABŞ-ın Tehrana qarşı sanksiyalarını bərpa etməsində sonra bu ölkədən neft alışını dayandırmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”