"Break dance & Hip-Hop" rəqsləri üzrə müsabiqə keçirilib

08:42 13-06-2019 | icon 718 | Şou-biznes
"Break dance & Hip-Hop" rəqsləri üzrə müsabiqə keçirilib

Bakı Olimpiya Stadionunda Caspian Flava Crew təşkilatçılığı ilə Break dance & Hip-Hop rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçirilib.

 

Versus.Az xəbər verir ki, yarışmanın sponsorları: baş sponsor Zeytun bağları, Horss energy drink, Nero dance studio, Bakı Olimpiya stadionu və Eyzamoğlu bərbər shop. Yarışmaya təşkilatı Jam Group komandası tərəfindən göstərilib.

 

Yarışma Break dance və Hip-hop üzrə yaş kateqoriyaları arasında keçirilib. Yaş kateqoriyasına 9 yaşdan 14 yaşadək kiçik, 14 yaşdan yuxarı böyük iştirakçılar qatılıb.

 

Hip-hop üzrə kiçik yaş kateqoriyasında 30 iştirakçı qatılıb. Bunlar arasında seçim turları keçirilib və nəticə olaraq 16 uşaq seçilib. Bu uşaqlar arasında battle keçirilərək birinci yerin sahibi müəyyənləşdirilib. Birinci yeri Harmony Dance Studio tələbəsi Kamkilla qazandı, qalibə mükafat olaraq sertifikat və 200 Azn pul verilib.

 

Break dance üzrə kiçik yaş kateqoriyasında 25 iştirakçı qatılıb. Bunlar arasında seçim turları keçirilib və nəticə olaraq 16 uşaq seçilib. Bu uşaqlar arasında battle keçirilərək birinci yerin sahibi müəyyənləşdirilib. Birinci yeri Harmony Dance Studio tələbəsi Bgirl Rumeysa qazanıb, qalibə mükafat olaraq sertifikat və 200 Azn pul verilib.

 

Break Dance üzrə böyük yaş kateqoriyasında 16 nəfər iştirakçı arasında battle keçirilib. Birinci yerin sahibi olan Fərman Lazımova (Bboy Button) sertifikat və 500 Azn pul mükafatı verildi.

 

Hip-hop üzrə böyük yaş kateqoriyasında iştirakçı sayı 24 nəfər idi. Bunlar arasında seçim turları keçirilərək, 16 nəfər iştirakçı arasında battle keçirilib. Birinci yerin sahibi olan Ramil Məmmədli (Rayman) sertifikat və 500 Azn pul mükafatı verilib.

 

“Yarışmanın keçirilməsində məqsəd Break Dance və Hip-Hop mədəniyyətinin daim inkişaf etməsi, bu rəqslərlə məşğul olan bacarıqlı gənclərin kənarda qalmaması, onların üzə çıxarılmasına təkan vermək əsas məqsədlərdən biridir. Belə ki, həmin gənclərin üzə çıxarılması, onlara bu sahədə köməkliklərin göstərilməsi ilə həmin gənclər dünya üzrə keçirilən yarışlarda ölkəmizi təmsil edə bilərlər. Bununla yanaşı müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri bu rəqslərə cəlb etmək digər məqsədlərdən biridir. Yarışmada iştirak edən iştirakçılar yaşında asılı olmayaraq güclü rəqiblər idi. 2024-cü ildə Azərbaycanda keçiriləcək Olimpiya Oyunları üçün yığma komandanın çox güclü olacağını düşünürəm. Təbii ki, yığma komandanın güclü olması üçün xüsusi məşqçilər məşğul olacaq və həmin uşaqların məqşələrinə ayrıca diqqət göstəriləcək. Yarışma zamanı çox gözəl və gözəl olduğu qədər də həyəcanlı anlar yaşandı. Bu cür bacarıqlı uşaqların yetişdiyinə görə onların müəllimlərinə təşəkkür edirəm və yarışmada iştirak edən bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyirəm” – deyə bildirdi yarışmanın təşkilatçısı, Break Dance rəqsi üzrə rəqqas Kamran Quliyev.



İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı