Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

12:20 13-06-2019 | icon 662 | Mədəniyyət
Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Azərbaycanın böyük şairi Əli Kərim və qardaş Türkiyənin böyük şairi Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan  IX Şairlər günündə qardaş Türkiyədən və Qazaxıstandan  gəlmiş şair, yazar, aydınların iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmini xüsusi vurğulayıb.

 

Versus.Az xəbər verir ki, Türk dünyasının iki böyük şairi Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışan millət vəkili Qənirə Paşayeva  qeyd etdi ki, bu cür ortaq mədəniyyət tədbirləri türk ədəbiyyatında xüsusi yeri olan şairlərimizi daha yaxından tanımağa, gənc nəslə tanıtmağa  şərait yaradır:

 

“Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Abdurrahim bəy sərhədlər çərçivəsində düşünən ziyalı deyildi. Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri  ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. Karakoç Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi illərdə, Ermənistan tərəfindən torpaqların işğal edildiyi Qarabağda Ermənistan tərəfindən soyqırım törədildiyi dövrdə Azərbaycanda heç zaman olmamasına baxmayaraq, “Qarabağa məktub” adlı silsilə şeirlər yazaraq, Azərbaycandakı qardaş və bacılarının yanında olduğunu göstərməklə bərabər, qardaş Türkiyənin gəncliyinə və Türk dünyası gəncliyinə müraciət edərək onları Qarabağ probleminin həllində Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında Azərbaycanın yanında olmağa çağırıb. Karakoç ondan örnək götürən on minlərlə gənc insanların bu cür milli düşüncə və duyğuları ilə hər zaman qardaş birliyinə çağırıb. Ona görə də o, Türkiyənin olduğu qədər, Azərbaycanın və Türk dünyasının şairidir və ona görə də onun xatirəsi böyük şairimiz Əli Kərimlə bərabər bu gün bu tədbir keçirilir".

 

Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və toplumlarımızın, böyüyən gənc nəsillərimizin və  dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türk dünyasının şair, yazar və ziyalıları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb. Türk dünyasından gəlmiş  türk yazar, şair və aydınlara səslənən  millət vəkili ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu məsələdə yazarların, şairlərin, yazarların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan Qənirə Paşayeva onları yaradıcılıqlarında bu mövzulara daha geniş yer verməyə çağırıb.

 

Q.Paşayeva həmçinin qardaş Türkiyədən və Qazaxıstandan gəlmiş şair və yazarlarla da görüşüb və fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı,  Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər