Əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək

12:32 13-06-2019 | icon 370 | Cəmiyyət
Əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək

Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək.

 

Versus.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Yanardağ" qoruğuna mediatur zamanı jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, avqustun 1-dən əcnəbi turistlər üçün "Yanardağ"a giriş haqqı 9 manat olacaq:

"Avqustun 1-dən qiymətlər fərqli olacaq. Yerli turistlər üçün qiymətlər yenə də 2 manat olacaq. Amma tələbələr üçün qiymət 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

 

Agentlik sədri qeyd edib ki, əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətləri üçün köhnə qiymətlər tətbiq ediləcək.

 

F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir:

"Hazırda da turistlərin sayında dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Bura gələnlərin sayını artırmaq üçün təbliğatı davam etdirməliyik. Hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı